Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİNSK Qrupunun həmsədrlərinin vasitəçiliyi Qarabağın qoparılmasına hesablanıb - Politoloq

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır...

Qarabağ münaqişəsinin həlli istiqamətində 2019-cu ildə aparılan danışıqlar nəticəsiz başa çatdı. ATƏT-in Minsk qrupunun həmsədrələri demək olar ki, il ərzində irəliyə addım atacaq prosesə imza ata bilməlidilər. Ümumiyyətlə Minsk qrupunun vasitəçiliyi heç etimad mühitinin formalaşmasına və humanitar missiyasının yerinə yetirilməsinə nail ola bilmədilər. Yalnız cəbhədə atəşkəsin qorunması AzərbaycanErmənistan liderlərinin vasitəçisiz şifahi razılığı ilə əldə edildi.

Qeyd edim ki, Rusiya, Frana, nə də ABŞ liderləri münaqişənin həlli ilə bağlı heç bir şəkildə müzakirə aparmır. Çünki, münaqişənin həllində üç dövlət ayrı-ayrı siyasi baxışlara malikdir. Tərəflərin siyasəti regionda tərs-mütənasibdir. Danışıqlar masasında olan "Yenilənmiş Madrid" prinsipləri Ermənistan tərəfindən heç müzakirə olunmur.

Ümumiyyətlə ATƏT-in inhisarında Qarabağ danışıqları davam edəcəksə, bunun həlli mümkün olmayacaq. ATƏT yalnız münaqişələrin dondurlmasında maraqlıdır. Bu təşkilat formatında yaradılan işçi qruplar belə bir çətin münaqişənin həllinə töhfə verə bilməz. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini üç tərəfli və çox tərəfli formatda deyil, birbaşa münaqişəyə yaxın və təsir edən dövlətlə danışıqlar aparmalıdır. Ermənistan hakimiyyəti daxili faktora görə siyasi iradə nümayiş etdirə bilmir. Ona görə də burada ya böyük dövlətlər Ermənistana təsir etməlidir, ya da müharibə variantıan əl atılmalıdır. Yoxsa, danışıqlar sonsuza qədər davam edəcək.

Artıq, ABŞ Kongrensində qondrama "erməni soyqırımı" qəbul edildiyi üçün Vaşinqton Qarabağ münaqişsəsinin həllində vasitəçiliyinə kölgə salınmış oldu. Erməni lobbisi ABŞ-ın Qarabağ siyasətinə türk amilindən yanaşaraq imkan verməyəcək. Azərbaycan yalnız yəhudi lobbisinin imkanlarından istifadə edib, ABŞ -da Qarabağ məsləsini gündəlikdə saxlamalıdır. Qeyd edim ki, ABŞ elə bir dövlətdir ki, burada biznes elita, maliyyə maqnatları hakimiyyətdə olur. Bu sahə ilə sıx bağlı olan lobbi qrupları ilə əməkdaşlıq edirlər. Bu da ABŞ kimi böyük dövlətin siyasətinə lobbilərin təsir etməsinə gətirir. Məhz Qarabağ məsləsində ABŞ-ın siyasəti erməni lobbbisi ilə kordinasiya olunacaq.

Azərbaycan yalnız regional dəyişikliklər konteksindən Qarabağ münaqişəsinin həllini öz leyhinə dəyişməlidir. Rusiya ilə sıx danışıqlar aparmalı, mütləq şəkildə burada Türkiyə amili də rol almalıdır. Türkiyə Rusiya ilə Suriyada, Liviyada münaqişələrin həllində ortaq məxrəcə gəlirsə, bunu Qarabağ münaqişəsinin həllində də gələ bilər. Sadəcə intensiv danışıqlar aparılmalıdır.

ABŞAvropa bizim ərazibütövlüyümüzü dəstəkləyir, hüquqi siyasi dəstək var. Amma, münaqişənin həllində heç bir köməklik göstərmək iqtidarında deyillər. Azərbaycan çalışmalıdır ki, daima cəbhədə ciddi təzyiqlərə əl atmalıdır. Digər ölkələrin bizim müharibə variantımızın qarşısnı almağa şərait yaratmamalıdır.

Gələn il belə siyasi bir davamiyyətə rəsmi Bakı şərait yaratmayacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar