Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı “qanuni oğru” və “avtoritet”lərlə bağlı rəsmi açıqlama

Son vaxtlar ölkədə baş verən cinayətlərdə adı hallanan şəxslərin bəziləri kriminal avtoritet və ya kriminal aləmin tanınmış üzvü kimi təqdim edilir...

Bəs hazırda Azərbaycanda “qanuni oğru” və ya “avtoritet”lər varmı?

PİA.az xəbər verir ki, bu suala cavab tapmaq üçün Baku.ws-nin əməkdaşı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirdi ki, ölkədə bunun üçün real şərait yoxdur.

“Etiraf edək ki, müxtəlif adlar altında cinayətkarların ölkəmizdə fəaliyyət göstərməsi üçün heç bir real zəmin yoxdur. Cəmiyyət, ictimai münasibətlər dövlət qanunları ilə tənzimlənir”.

Qeyd edək ki, Azərbaycanda bu məsələ 90-cı illərin əvvəllərində aktiv idi. Lakin ulu öndər Heydər Əliyevin ölkə təhlükəsizliyilə bağlı yürütdüyü siyasət bir çox sahələr kimi bu məsələdə də müsbət nəticələr verdi.

Orxan Mansurzadə deyir ki, ümumiyyətlə bu məsələdə KİV də son dərəcə diqqətli olmalıdır.

“Bu xüsusda zəruri bir xatırlatma etmək istərdik ki, xüsusilə son zamanlar bir sıra KİV-lərdə “qanuni oğru” və ya “avtoritet”lər adı ilə kriminal aləmin bəzi tanınmış simalarının, islah olunmayan qatı cinayətkar-residivistlərin törətdikləri ağır cinayətlərin və bunun məntiqi nəticəsi kimi məhkəmələr tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilməklə yaşadıqları məhbəs həyatlarının faktiki təbliğ olunması gənc nəslin mili vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işinə xələl gətirir.

Bu ölkəmizdə yürüdülən fəal hüquq-mühafizə siyasətinə, cəzanın labüdlüyü prinsipinə kölgə salır. Hüququn aliliyinin təmin olunduğu cəmiyyətlərdə, o cümlədən respublikamızda belə ifadələrin gündəlik dövrü mətbuatda işlədilməsi və yayılması əvvəllər məhkum olunmuş şəxslərin təbliği və təşviqi baxımından qətiyyən yolverilməzdir”, - deyə qurum rəsmisi bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar