Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı bəstəkar Ukraynada qəzaya düşdü - Foto

Azərbaycanlı bəstəkar və musiqi prodüseri İsa Məlikov Ukraynada avtomobil qəzasına düşüb...

Qafqazinfo”nun məlumatına görə, hadisə dekabrın 11-də Kiyev-Odessa yolunun Krasnopilka kəndi ərazisinin yaxınlığında baş verib.

Belə ki, İsa Məlikov və onun yol yoldaşı, “Studiya Kvartal 95” layihəsinin müəllifi Aleksandr Şurun əyləşdikləri mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alanların hamısı hadisə şahidləri tərəfindən şəxsi avtomobillərdə Uman Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onlar müalicələrini Kiyevdə davam etdirilər.

İnsident barədə sosial şəbəkə hesabında yazan İ. Məlikov bunları qeyd edib:

“Bu, çox qorxuludur. Çox. Və ümumiyyətlə, bu hadisədən sonra mən həyata başqa cür baxacağam. Həyat çox zərif və qeyri-stabil şeydir. Özünüzü və doğmalarınızı qoruyun. Çox xahiş edirəm...”.

“Dostlar, təhlükəsizlik kəmərinizi bağlayın! Həmişə, istisnasız. Hətta 50 metr getməli olsanız belə”, - Məlikov əlavə edib.

Qeyd edək ki, İ. Məlikov bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. Onun mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları - Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Elnarə Xəlilova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ən çox oxunanalar