Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdo komandamız Qazaxıstan çöllərində donma təhlükəsi ilə üzləşdi

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib...

Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, ötən gün dekabrın 6-da gecə saatlarında Atırau vilayətində polis Atırau-Həştərxan avtomobil yolunda xarab olub qalmış “Mercedes Sprinter” mikroavtobusu aşkar edib.

Polis aşkar edib ki, avtobusun salonunda 16 məktəbli və onları müşaiyət edən üç yetkin şəxs var, onlar soyuqdan donma təhlükəsi ilə üzləşiblər. Məlum olub ki, mikroavtobus Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət komandasını Atırau vilayətinə, beynəlxalq yarışa aparırmış.

“Patrul ekipajı operativ şəkildə uşaqları rayon polis bölməsinə aparıb. Qonaqlara isti yemək və çay veriblər. Bir müddət sonra polis departamenti rayon icra hakimiyyəti ilə birlikdə uşaqların başqa avtobusla vilayət mərkəzinə aparılmasını təşkil edib. Polislər uşaqları Atırau şəhərinə qədər müşaiyət ediblər”,-regional polis idarəsinin açıqlamasında deyilir.

Bildirilir ki, Bakıdan olan gənc cüdoçular dekabrın 10-a qədər Atırauda qalacaqlar. “Onlar sadəcə olaraq donub ölə bilərdilər, çünki avtobus xeyli vatdır şaxtada dayanmışdı”,-polis departamentindən bildiriblər.

Departamentdən əlavə ediblər ki, yarışlar başa çatana qədər Azərbaycan yığmasının mikroavtobusu təmir ediləcək və onlar komandanı hökmən yolda müşaiyət edəcəklər.

Mikroavtobusun sürücüsü Murad Səfiyev xilas olduqları üçün Atırau polisinə minnətdarlıq edib və bu məqsədlə videomüraciət yayıb.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Ən çox oxunanalar