Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar gedib parlamentdə göbək oynadacaq?” – Sərdar Cəlaloğlu

Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi son günlərin ən çox müzakirə olunan məsələləri sırasındadır...

Məlum müzakirələr fonunda diqqət çəkən başlıca məqamlardan biri də incəsənət və şou aləminə məxsus olan bəzi şəxslərin də bu seçkilərdə iştirak edə biləcəyi ilə bağlı səsləndirilən fikirlərdir.

Maraqlıdır, şou-biznes nümayəndələrinin, sənətçilərin parlamentdə təmsilçiliyinə peşəkar siyasətçilər necə yanaşır? Bu kateqoriyadan olan şəxslərin parlamentdə təmsil olunması qanunverici orqanın fəaliyyəti baxımından nə dərəcədə normal və faydalı ola bilər?

PİA.az xəbər verir ki, Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu şou-biznes nümayəndələrinin, sənət adamlarının parlamentdə təmsilçiliyinə müsbət baxmadığını, bunu parlamentin effektiv fəaliyyəti baxımından zərərli hesab etdiyini qeyd edib:

“Əgər Azərbaycan dövlətini oyuncağa çevirmək istəyiriksə, parlamenti siyasi institut kimi yox, “banan respublikaları”ndakı kimi oyuncaq alət kimi görmək istəyiriksə, deməli, bura elə o cür adamlar yığışmalıdır. Yox, əgər biz parlamenti həqiqətən də siyasi institut kimi formalaşdırmaq istəyiriksə, o zaman burada siyasi liderlər təmsil olunmalıdır.

Şou-biznes təmsilçiləri gedib orada konsert verəcək, yoxsa göbək oynadacaq? Bunların parlamentə düşməsi nə kimi fayda verə bilər ki? Nə mətbuat təmsilçilərinin, nə şou-biznes nümayəndələrinin, nə də idmançıların parlamentə düşməsi üçün heç bir əsas yoxdur. Dünyanın heç bir yerində belə bir təcrübə mövcud deyil. Ola bilsin ki, hansısa mətbuat nümayəndəsi, yaxud idmançı öz peşəsindən, ixtisasından imtina etsin, gedib siyasi fəaliyyətlə məşğul olsun. Bu, başqa məsələdir. Necə ki, Arnold Şvarsenegger qubernator vəzifəsində təmsil olunur. O, bəlli bir müddətdir ki, siyasətlə məşğul olur və əvvəlki sənətindən ayrılıb. Yoxsa öz sənətində belə söz sahibi olmayan şəxslərin gəlib xalqın, millətin taleyi ilə bağlı hansısa söz demək haqqı əldə etməsi məntiqli deyil.

Kiminsə mahnı oxuması, göbək oynatması başqa məsələdir, xalqın, millətin taleyi ilə məşğul olması isə tamam başqa məsələdir. İkincisi, kimlər ki, parlamentdə təmsil olunmaq istəyir, onlardan soruşmaq laızmdır ki, bu vaxta qədər millətin, dövlətin hansı problemləri ilə bağlı mövqe ortaya qoymusan?

Odur ki, mən bu qəbildən olan şəxslərin parlamentdə təmsilçiliyinə mənfi yanaşır və bunu qeyri-normal hesab edirəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar