Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifətin tələb etdiyi nəhəng fiqurlar getdi - onların susmasının səbəbləri...

Azərbaycan hakimiyyəti yüksək ranqlı məmurlarla vidalaşır...

İqtidar kluarlarının önəmli adamları, idarəçilikdə mühüm postlar tutanlar yola salınırlar. Cəmiyyətin və politik təbəqənin inanmaq istəmədiyi dəyişikliklər reallaşır, işdən çıxarılacağı az qala mif kimi qəbul olunan kadrlar yola salınırlar.

Bu xüsusda Prezident Administrasiyasının rəhbər olmuş Ramiz Mehdiyev, daxili işlər naziri işləmiş Ramil Usubov, prezidentin köməkçisi Əli Həsənov, habelə, vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, “Qaçqınkom” şefi Əli Həsənov, Baş nazirin müavinləri Hacıbala Abutalıbov, Abid Şərifov və s. məmurlar hakim komanda ilə xudahafizləşdilər.

Zaman-zaman müxalif siyasətçilər siyasi rəhbərlikdən komandanı yeniləməyi, vəzifədə uzun müddət qalan nazirləri işdən azad etməyi tələb edirdi. Bu baxımdan müxalifət son dəyişiklikləri təqdir etməli, kadr reformalarını dəstəkləməlidir. Amma...

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bu dəyişikliklərin bütün hallarda yeni fürsətlər, imkanlar olduğunu açıqladı. Onun fikrincə, son 30 ildə Azərbaycanın ictimai-siyasi həyatında durğunluq müşahidə olunurdu: “Ölkə əhalisinin və siyasiləşmiş təbəqənin gələcəklə bağlı ümidləri demək olar ki, yox idi. Ona görə bu təyinatların yeni şəxsiyyətlər, yeni maraq dairələrinin qabağa çıxmasına səbəb olacağını hesab edirəm. Hər halda, müsbət hadisədir, düşünülmüş, ağıllı addımlardır”.

S.Cəlaloğlu hesab edir ki, bundan sonra iqtidar-müxalifət münasibətləri sistemində dəyişikliklər olmalıdır. ADP sədrinin sözlərinə görə, yeni parlament seçkiləri müxalifət qarşısındakı səddi qaldıracaqsa, mübarizə küçədən parlamentə daşınacaqsa, onda sabitlik fonunda ölkədə inkişaf ola bilər: “Əgər bunların heç biri baş verməsə, kadr dəyişikliklərinin bir nəticəsi də olmayacaq. Eyni zamanda təkcə iqtidar öz siyasətini dəyişməli deyil, müxalifətdə də söyüş, düşmənçilik taktikası alınmayacaq.

Sərdar Cəlaloğlu: “Bütün hallarda yeni fürsətlər, imkanlardır...”

Siyasi mübarizə ritorikasının dəyişməsi vacibdir. Problemləri qaldırıb istefa tələb etməklə nəyəsə nail olmayacağıq. Çünki istefa tələbi olanda hakimiyyətdə özünüqoruma instinkti yaranır. Odur ki, mübarizənin mahiyyəti dəyişməlidir".

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, kadr dəyişiklikləri prezidentin səlahiyyətində olan məsələdir: “Yeni təyin olunanlar yaxşı işləyəndə sözümüz az olacaq, pis işləyəndə daha çox pisləyəcəyik. Biz işdən azad edilən kadrların uzun müddət vəzifədə saxlanmaları siyasətini tənqid etmişik. Təəssüf ki, parlament haqda da fikirlər səslənir ki, gənc nəsil gəlir, hüquqşünaslar, iqtisadçılar olacaq. Ancaq bir adam demir ki, xalqın dediyi adam deputat olmalıdır. Onun 30, yoxsa 150 yaşı olacaq, buna xalq qərar verməlidir”.

İqbal Ağazadə: “İndidən yeni təyin edilən kadrlara qara yaxmaq niyyətim yoxdur”

İ.Ağazadə yeni təyinatlarla bağlı belə şərh verdi: “Mənim indidən yeni təyin edilən kadrlara qara yaxmaq niyyətim yoxdur və deyə bilmərəm ki, onlar işləyə bilməyəcəklər. Hər şeyi zaman göstərəcək və onda qiymət verəcəyik”.

“Hakimiyyətdə kadr dəyişikliyini təqdir edirik və təyinatlar tez-tez olmalıdır ki, məmurlar postunda kök atmasın, struktur korrupsiyalaşmasın”. Bu fikirləri isə AĞ Partiya sədri Tural Abbaslı bildirdi. Onun mövqeyi budur ki, fiqurlarla yanaşı idarəçilikdə sistem dəyişməlidir, yanaşmalar fərqli olmalıdır: “Köhnə kadrların yenilərlə əvəzlənməsi müsbət haldır. Amma gələnlər gedənlərdən fərqlənməyəcəksə, kadr siyasətinin mahiyyəti olmur. Yəni şüurda, təfəkkürdə dəyişiklik lazımdır”.

Natiq Cəfərli: “Əslində yeni era başlanır və cəmiyyət, müxalifət üçün perspektivlər vəd edə bilər”

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli qəzetimizə söylədi ki, baş verənlərin məntiqini izah edən analizlərə ehtiyac var: “Amma nə efirdə, nə iqtidar rəsmiləri tərəfindən hadisələrin mənası, ardıcıllığı, fəlsəfəsi şərh edilmir. Müxalifət də ciddi analiz aparmır. Sadəcə, gedişat iqtidarın gəncləşməsi kimi təqdim olunur. Əslində yeni era başlanır və Ramiz Mehdiyev komandasının gedişi ilə təzə elita formalaşdırılır. Bu, cəmiyyət və müxalifət üçün perspektivlər də vəd edə bilər. Hər halda, yeni təyinatlar yeni dinamizmin gətirilməsinə xidmət edə bilər. Bu istiqamətdə gözləntilər formalaşır. Bundan sonra neqativ hadisələr azalmalıdır”.

Xəzər Teyyublu: “Hakimiyyət siyasi partiyalara da şərait yaratmalıdır”

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu baş verənləri iqtidardaxili proses kimi qiymətlədirir. Onun fikrincə, köhnələrin fəaliyyətinə tənqidlər olub: “Yeni kadrların fəaliyyətini qiymətləndirmək üçün gözləmək lazımdır. Lakin hakimiyyət siyasi partiyalara da şərait yaratmalıdır. Siyasət yoxdursa, partiyasızlaşma gedirsə, onda təkpartiyalı sistem yarana bilər. Qarşıdan parlament seçkisi gəlir və proporsional sistem olmalıdır”. (yeni müsavat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar