Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfər İİV-ə yoluxub

"2019-cu ilin 11 ayı ərzində İİV-ə yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563 (95%) nəfəri Azərbaycan vətəndaşı, 29-u (5%) isə əcnəbidir"...

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı keçirdiyi dəyirmi masada Mərkəzin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.

O bildirib ki, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-si qadındır: "Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69, 4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır. Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 1045 nəfərdir".

N. Zülfüqarov bildirib ki, bu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1, 6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faiz insanda isə yoluxma yolu müəyyən edilməkdədir.

pia.az


Etiket: İİV


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar