Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!”

Keçmiş deputat Cümşüd Nuriyev AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir edib...

O, cəbhəyə gedən qadınlar haqqında bunları deyib:

“Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.

PİA.az bildirir ki, hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlu Modern.az-a keçmiş deputatın səsləndirdiyi fikirlərə sərt etirazını bildirib:

“Cümşüd Nuriyev özü nədir ki, onun səsləndirdiklərinə də cavab verim?! Qadın batalyonu cəbhədə əsgərlər arasında ruh qaldırmaq üçün yaradılmışdı. Yəni ki, baxın, qadınlar da müharibəyə gedir. Həmin vaxt ali təhsilli, elmlər doktoru olan qadınlar cəbhəyə getmək üçün yazılmışdılar. İndi o qadınları bu formada təhqir etməyə Cümşüd Nuriyevə kim icazə verib?! Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!”.

Novella Cəfəroğlu bir də belə təhqirə yol verən şəxsləri məhkəməyə verəcəyini qeyd edib:

“Bizim cəmiyyətin 6 qızı döyüşlərdə şəhid olub. Əsgərlərin yanına rayonlara gedirdik, yemək, geyim aparırdıq. Qadın batalyonunun işi bu idi. Özlərini yığışdırsınlar. Bir də bizim batalyona söz deyən olsa, hamısını məhkəməyə verəcəyik”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar