Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranın siyasi elitası özünün və xalqın düşmənidir” – Politoloq

İrandakı etirazların İraqdakı kimi cığırından çıxaraq daha böyük miqyas alması ehtimalı varmı?

Politoloq: “İranın problemi ABŞ-la deyil, İranın problemi bu ölkənin vətəndaşlarını kiminsə ələ almasında da deyil. İranın problemi yürütfüyü siyasətdədir”.

“Hal-hazırda İranın siyasi istiblişmenti xarici qüvvələrin əlindədir. İranın siyasi istiblişmentini xarici qüvvələr elə tənzimləyiblər ki, siyasi elita İranın özünün və xalqının düşmənidir”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hazırda İrandakı ictimai-siyasi vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

İranda benzinin bahalaşması ilə bağlı baş qaldıran etiraz dalğası səngimiş şəkildə davam edir. Amma indi də həbslər başlayıb. Belə ki, İranın hüquq-mühafizə orqanları iğtişaşların 180-ə yaxın liderini saxlayıb. Saxlanılanlar bankları yandırmaqda, əmlaka ziyan vurmaqda, hüquq-mühafizə orqanlarının obyektlərinə hücumlarda və digər qanunsuz hərəkətlərdə ittiham olunurlar. İran rəsmiləri aksiyalar zamanı həyatını itirənlərin sayının şişirdildiyini deyirlər. Amma Qərb mətbuatı əksini yazır və yüzlərlə etirazçının öldüyü yönündə xəbərlər dərc edir.

Hazırda İrandakı ictimai-siyasi vəziyyəti necə dəyərləndirmk olar və etirazların İraqdakı kimi cığırından çıxaraq daha böyük miqyas alması ehtimalı varmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “İranda İmam Xomeynin inqilabdan sonra necə fəaliyyətə başlamağını, başına necə işlərin gəlməyini izah etməkdən ləzzət alırlar”.

İranın öz xalqı, qonşu dövlətlər ilə normal münasibətdə olamasının vacibliyini vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, yalnız bundan sonra İranın daxilində etiraz aksiyaları baş verməyəcək:

İranda İmam Xomeynin inqilabdan sonra necə fəaliyyətə başlamağını, başına necə işlərin gəlməyini izah etməkdən ləzzət alırlar. İranın rəsmi məlumatına görə İmam Xomeyninin ərtafında olan adamlar 8-9 dəfə üsyan etdilər. Nəhayət sonuncu dalğa İslam inqilabına çevrildi.

Son 3 ildə İranda olan üsyanlar 4-cü etiraz dalğasıdır. Mən düşünmürəm ki, İranda etiraz dalğası 14-15 il çəkəcək. Həmçinin düşünmürəm ki, etiraz aksiyalarının sayı 9-a çatsın. İranda 5-ci etiraz etirazçıların xeyrinə nəticələnə bilər.

Qeyd edim ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünün tərəfdarıdır. Yəni Azərbaycan heç bir dövlətin ərazi bütövlüyünün pozulmasının və suverenliyinin pozulmasını istəmir. Amma mən Azərbaycan analitiki olaraq ona görə bu cür fikir bildirirəm ki, bu vaxta qədər İran iqtidarı etiraz aksiyalarının aradan qalxması üçün heç bir iş görməyib. İran dünyada neft ölkəsi kimi tanınır. Amma bu günə qədər İranda bir dənə də olsun neftayırma zavodu yoxdur. İran iddia edir ki, dünyanın bütün texnologiyası onda birləşib. Amma bu günə qədər modern üslubda balaca bir neftayırma zavodu inşa edə bilməyib. Demək olar ki, İranda neft-kimya sənayesi sıfır vəziyyətdədir.

Mübariz Əhmədoğlu: “Bütün hallarda İranda etiraz aksiyaları labüddür və bu etiraz aksiyaları əvvəlki aksiyalar kimi ola bilər”.

Azərbaycan isə 25 ildir atəşkəs əldə edib və bunun 20 ilini çalışırıq ki, qeyri-neft iqtisadiyyatı qursun. Amma İran bu neçə illərdə qeyri-neft sənayesini qurmayıb. Onu da qeyd edim ki, bizim bir düşməni var, o da Ermənistandır. İran isə 40 ildir bildirir ki, ABŞ mənimlə düşməndir. Bütün bunlara görə demək olar ki, İranın problemi ABŞ-da deyil, İranın problemi onun vətəndaşlarını kiminsə ələ almasında deyil. İranın problemi siyasətindədir.

İranın indiki lideri Xamneyi 9 ildir ki, “Müqavimət iqtisadiyyatı” deyilən bir anlayış ortalığa çıxarıb. Bəs niyə bunu inkişaf etdirmirlər. Düşünürəm ki, hal-hazırda İranın istiblişmenti xarici qüvvələrin əlindədir. İranın istiblişmentin xarici qüvvələr elə tənzimləyiblər ki, o istiblişmenti İranın özünün və xalqının da düşmənidir. Həmçinin bu istiblişmentə görə İran bütün islam dünyası, o cümlədən Azərbaycanla da münasibətləri normallaşdıra bilmir. İran gərək xarici qüvvələrin bu cəhdindən uzaqlaşa və öz xalqı, qonşu dövlətlər ilə normal münasibətdə ola. Yalnız bundan sonra İranın daxilində etiraz aksiyaları baş verməyəcək.

Qalan bütün hallarda İranda etiraz aksiyaları labüddür və bu etiraz aksiyaları əvvəlki aksiyalar kimi ola bilər. Yəni əvvəlki aksiya necə ki, şah rejimini devirdi, islami rejimi gətirdi. İndiki etiraz aksiyaları bu rejimlə də o cür rəfdar edə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: İranda etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Ən çox oxunanalar