Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balaca Gimnastımız Mina Abbasova Lüksemburqda 2-ci yerə çıxdı

Noyabr ayının 15-dən 17-dək Lüksemburqda Beynəlxalq Gimnastika Federasiyasının dəstəyi ilə “Aurore cup 2019” Bədii Gimnastika üzrə beynəlxalq turniri keçirilib...

Lüksemburqla yanaşı, Almaniya, Macarıstan, Ukrayna və digər ölkələrdən 12 klubun iştirak etdiyi müxtəlif yaş kateqoriyalı 312 gimnastın qatıldığı yarışmada Azərbaycanı balaca gimnastımız – Mina Abbasova təmsil edib.
Bu mötəbər idman tədbirində də yeni proqramla iştirak edən gimnastımız topla ifasına görə 2-ci yerə çıxaraq ümumi hesabda yarışın gümüş medalını qazanıb.
Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək qazandığı mükafatını qəbul edən balaca gimnastımız sayca 38-ci medalını (14 qızıl, 20 gümüş, 4 bürünc) qazanıb.

Mina Abbasova indiyədək iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə hər kəsin diqqətini cəlb edib. O, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri “Rus RG Sport” klubunun üzvüdür. 10 yaşlı balaca gimnastımızının ən böyük arzusu ölkəmizi böyük miqyaslı dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Xatırladaq ki, bu ay ərzində artıq üçüncü böyük qələbəsini qazanan Mina Abbasova noyabrın 1-də Rumıniyanın Arad şəhərində keçirilən turnirində qızıl, ötən həftə isə Sloveniyanın Lyublyana şəhərindəki yarışmada bürünc medala sahib olmuşdur.

Qarşıda Minanı ilin son turniri - Budapeştdə keçiriləcək ənənəvi “Yeni il” Beynəlxalq Gimnastika yarışması gözləyir. Uğurlar, Mina!

pia.az

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ən çox oxunanalar