Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Sumqayıt yolu genişləndiriləcək?

Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır

PİA.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı məsələnin həlli barədə Modern.az-a açıqlama verib.

Ekspert bildirib ki, Bakı-Sumqayıt yolundakı tıxac probleminin həlli ilə bağlı artıq dövlət başçısı tərəfindən göstəriş verilib.

"Həmçinin Avtomobil Yolları Agentliyi məlumat verib ki, bu yaxınlarda orda müəyyən işlər görüləcək. Mən bildiyimə görə ilin sonuna qədər Bakı-Sumqayıt yolunun; daha çox Xırdalan və "Şamaxinka” dairəsinin genişləndirilməsi ilə əlaqədar layihələr olacaq. Çünki tıxac yaradan əsas yerlər məhz həmin nöqtələrdir. Mənə elə gəlir ki, hər iki zonada Koroğlu metrostansiyası ətrafında gördüyümüz asma şaxələnmiş körpülərin, yol ötürücülərinin mini formasını yaratmaq, yəni buna bənzər bir sistem yaratmaq olar. Bu daha əlverişli ola bilər”.

Elməddin Muradlı qeyd edib ki, bu layihələr hazırlanarkən yalnız indini deyil, gələcəyi də düşünmək lazımdır.

"Çünki Azərbaycanda avtomobilləşmə getdikcə daha da artır və onların miqdarı artıqca tıxacların da sayı artır. Ona görə işləri bu gün üçün yox, gələcək üçün görmək lazımdır. Layihə hazırlanarkən iş elə görülməlidir ki, gələcəkdə yenidən yolların genişləndirilməsi kimi məsələlər ortaya çıxmasın. Düşünürəm ki, orda yeni infastruktur qurularkən təbii ki, köçürmə layihələri olacaq. Ordan bəzi obyektlərin plana düşməsi, sökülməsi qaçılmazdır. Çünki yolu genişləndirərkən yəqin ki, bir çox obyektlər plana düşəcək. Mənə elə gəlir ki, bundan sonra məmurlar da məsələyə ciddi yanaşmalıdır. Məsələn, yolun kənarlarındakı əraziləri insanlara satırlar, sonra da genişləndirmə prossesi aparanda kompensasiya vermək məsələləri ortaya çıxır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar