Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Namazın salamlarının mənası nədir?

Namazın sonunda verilən salamların mənası...

Əmirəl-mömininə (ə) sual verirlər ki, namazın salamlarından olan "Əssəlamu-əleykum"un mənası nədir?

Həzrət Əli (ə) buyurur: "O zaman ki, "Əssəlamu-əleykum"u, hamıya xitab edərək deyərsiniz, mənası bu olar ki, hamınız Qiyamət günü Allahın əzabından amandasınız".

İmam Sadiq (ə) buyurur: "Hər bir namazın sonunda deyilən salamın mənası amanda olmaq deməkdir. Yəni, o kəs ki, Allah Təalanın əmrini yerinə yetirər, müti və təvazökar halda Allahın Peyğəmbərinin (s) sünnətinə əməl edər - o dünya bəlasından və axirət əzabından amanda qalar".

Namazın salamlarının mənası:

1. Birinci salamın mənası budur ki, salam olsun sənə, ey Peyğəmbər (s), Allahın rəhmət və bərəkəti sənə olsun!

2. İkinci salamın mənası budur ki, aləmlərin Allahı tərəfindən namazqılanlara və Onun bütün yaxşı bəndələrinə salam olsun.

3. Üçüncü salamın mənası budur ki, Allahın salamı, rəhməti və bərəkəti siz möminlərə olsun!

Bəs bu salamlar kimə aiddir?

Birinci salamın müxatəbi - Həzrət Peyğəmbərdir (s).

İkinci salamın xitab etdiyi - Allahın bütün saleh və mömin bəndələridir ki, peyğəmbərlərə (ə), möminlərə, cinlərin möminlərinə şamil olar.

Üçüncü salamın xitab etdiyi - insana hakim olan mələklər, başqa mələklər və İlahi peyğəmbərlərdir.

Əgər kimsə namazın salamlarını deməyi unudarsa, onda namazı düzgün olmaz.

pia.az


Etiket: Namaz salam

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik

Ən çox oxunanalar