Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədov gerblə bağlı qərarı təsdiqlədi

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb

PİA.az bildirir ki, qərara əsasən, Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydası təsdiqlənir.

Bu Qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət Gerbinin (bundan sonra - Dövlət Gerbi) qabarıq təsvirinin istehsalı və vurulması qaydasını müəyyən edir.

Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Azərbaycan Respublikası Dövlət Gerbinin Dövlət Gerbinin qabarıq təsviri “Azərbaycan Respub-likasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır.

Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir.

Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.

Dövlət Gerbi hazırlanan zaman təhrifə yol verilməməsi məqsədilə alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun “Pantone Red 032C” rəng koduna, palıd budaqlarının yaşıl rənginin “Pantone 7729C” rəng koduna, sünbüllərin sarı rənginin “Pantone 7548C” rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin “Pantone 111C” rəng koduna uyğunluğu təmin edilir.

Dövlət Gerbinin qabarıq təsviri “Azərbaycan Respub-likasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsində sadalanan şəxslərin xidməti otaqlarında iş masasının arxa divarının ortasında, divarın hündürlüyünün 2/3 səviyyəsində vurulur.

Dövlət Gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclas salonunda və Azərbaycan Respublikasının bütün məhkəmələrinin iclas salonunda sədrlik edənin arxasında divardan vurulur.

pia.az


Etiket: Dövlət Gerbi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Ən çox oxunanalar