Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qatar çıxıb gedəndən sonra təəssüflənməyə dəyməz"- Qulu Məhərrəmli

Qulu Məhərrəmli “Xəzər”, “Space” və “Lider” telekanallarında olan nöqsanlardan danışıb...

Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunan formada təqdim olunur.

Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan barədə danışarkən deyib:

“Reytinqi əsas tutaraq bütün işləri görmək çox ciddi nöqsanlara səbəb olur. Ümumiyyətlə, özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir”, - deyə sədr bildirib.

Oxu.Az-a danışan teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, seriallarımızda xarici ölkələrin həyat tərzi Azərbaycan ailəsinə tətbiq olunur:

“Nuşirəvan Məhərrəmlinin serialla bağlı fikirləri ilə razıyam. Çünki bizim serial yaradıcılığımız lazım olan peşəkarlıq səviyyəsində deyil. Zəif ssenarilər hazırlanır, dramaturji material zəif olur. Bütün bunlarla yanaşı, həm də xarici ölkə olan Türkiyə, Latın Amerikası ölkələrinin həyat tərzi Azərbaycan ailəsinə tətbiq olunur. Yəni bu ailələri tanımaq olmur.

Cəmiyyət qarşısında pis niyyəti yoxdusa, bu, ailə dəyərlərini təbliğ eləmək əslində serialın məqsədidir. Amma bizdə əksinədir. Seriallarda elə ailələr göstərilir ki, orada qüsursuz ailə görmürsən. Sanki bütün ailələrin əxlaq, düşüncə, övlad və ya ciddi problemi var.

Mən demirəm ki, senzura olsun. Hər halda ümumi olsa da, serialın ideasının nədən ibarət olduğunu bilmək lazımdır. Ona görə də qatar çıxıb gedəndən sonra onun getməyinə təəssüflənməyə dəyməz. Artıq o seriallar yayıma verilib, baxılır. Hesab edirəm ki, artıq onunla bağlı danışmağın o qədər də böyük effekti yoxdur”.

Qulu Məhərrəmli “Xəzər”, “Space” və “Lider” televiziyalarında nöqsanların hələ də olduğunu qeyd edib:

“Son aylarda televiziyalarla bağlı verilişlərin tənqid olunması müəyyən dərəcədə öz təsirini göstərib. Bəzi özəl televiziyalarda deyilənlər nəzərə alınır. Amma “Xəzər”, “Space” və “Lider” televiziyalarında nöqsanlar qalıb. Onlarında aradan qaldırılması üçün addımlar atılmalıdır.

Əsas nöqsan səviyyənin aşağı olmasıdır. Bayağı, şit danışıqlar, məişət düşüncəsinin ekranlara daşınması, insanların şəxsi həyatının şouya çevrilməsi, süni yolla gülüş və ya dramaturji gərginlik yaratmaq hesabına insanlar ələ salınır”.

Əməkdar jurnalist televiziyalarda aparıcı davranışlarının da çox qıcıqlandırıcı olduğunu da əlavə edib:

“Onların nitqi, danışığı, adamlara yanaşma tərzi, dioloq qura bilməməsi, yuxarıdan aşağı baxış, etik normadan kənarlaşma buraya daxildir. Bunların hamısı bir çox özəl televiziyalarda ciddi nöqsan olaraq qalır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar