Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə Trampın qarşısına kim çıxacaq və Demokratlar üçün zəfər zəngi çalınacaqmı?

Respublikaçılar ağ olmayan amerikalılardan, Demokratlar isə “ağ amerikalılar”dan daha çox səs qazanmalıdır...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 5 noyabr 2019-cu il

ABŞ seçkiləri 2020-ci ildə keçiriləcək, amma indidən iki partiya arasında müharibə başlayıb.

Bu seçki müharibəsi Nümayəndələr Palatasında çoxluq təşkil edən “Demokratlar”n Trampın prezidentikdən uzaqlaşdırılması tələbi ilə daha da dərinləşib. Seçkilərdə prezidentliyə namizəd olmaq istəyən 25 “Demokrat” çıxmışdı. Axırıncı dəfə Beto Ororkun da geri çəkilməsi ilə bu say 15-ə qədər düşüb.

Trampın Respublikaçılar Partiyası daxilində ciddi bir rəqibi yoxdur. Bir neçə nəfər Trampa rəqib olacağını elan etsə də, bu vəziyyətin dəyişməsi gözlənilmir.

Demokratlar Partiyasının prezidentlik namizədləri arasında Obama dönəmində prezident köməkçisi olmuş Co Bayden, senatlardan isə Elizabet Uorren və Berni Sanders var. Sanders partiya daxilindəki “Demokratik Sosialistlər”i təmsil edir. “Demokratik Sosialistlər” daha çox Avropadakı “Sosial Demokratlar”a uygun gəlir. Nümayəndələr Palatasında güclənən bu meyil gənc seçicilərdən dəstək görür. Bu meylin güclənməsi əsas cərəyan olan Demokratları narahat edir. Respublikaçılar da Demokratları sosializmə yanaşmaqda ittiham edirlər. Bu ittiham isə orta yaşlı seçicilərə “Soyuq Müharibə” dönəmindəki “Sovet Hakimiyyəti”ni xatırladır. Respublikaçılar isə bunu dəstəkəyərək Liberallara təsir etməyə çalışırlar.

Gənc nəsil arasında aparılan anketlər isə göstərir ki, sosializmə qarşı rəğbət artıb. Bu yüksəlişdə ən önəmli faktor odur ki, sosial bərabərsizlik Qərbin digər kapitalist ölkələrinə nisbətdə, ABŞ-da daha yüksəkdir. Bu da onu göstərir ki, yeni nəsillər üçün “Amerika röyası” artıq sona çatır.

Elizabet Uorren də özünü “əsas cərəyan olan Demokratlar”la “Demokratik sosialistlər” arasında hesab edir. Uorren bu iki cərəyandan da dəstək almaq istəyir. Buna görə də, Sandersdən fərqli olaraq özünü “Demokrat kapitalist” adlandırır. Co Bayden də partiyasının əsas prinsiplərinə bağlı qalmaqla yanaşı, həm də yeni nəsillərə xitab etməyə çalışır.

Partiya ətrafında ən çox müzakirə edilən məsələlərdən biri isə Uorren və Sanders tərəfindən təklif olunan “Sərvət vergisi”dir. Bu təklif partiyanın liberal-kapitalist qisimlərində heç xoş qarşılanmayıb. Klinton dönəmində Maliyyə Nazirliyinin, Obama dönəmində isə Milli İqtisadiyyat Şurasının rəhbəri olan Lorenz Samers Uorren və Sandersin sərvət vergisini sərt şəkildə tənqid edib. Hətta məsələni daha da dərinləşdirən Samers qeyd edib ki, sərvət vergisi investisiyaları azaldacaq və ölkədəki yəhudi düşmənliyini daha da artıracaq.

Demokratlar yeni nəsilləri əldən buraxmayan və əsas cərəyanın seçicilərini də küsdürməyə bir prezident namizədi ilə Trampın qarşısına çıxmaq istəyirlər. 2020-ci ildə səs verəcək seçicilərin böyük bir hissəsini gənclər təşkil edir. Bu nəsillər arasında ağ olmayan amerikalıların sayı da getdikcə artır. Demokratlar Partiyası cavanlaşarkən, Respublikaçılar Partiyası daha da qocalır. Buna görə də, bəzi “Respublikaçılar” partiyalarının yenidən formalaşdırılmasını tələb edirlər. Nümayəndələr Palatasınındakı Respublikaçılar arasında təkcə bir nəfər qaradərili vəkil var. Texasdan seçilən qaradərili vəkil Vil Hörd bildirib ki, yenidən namizədliyini irəli sürməyəcək. Hördün bu açıqlaması partiyası üçün ciddi bir xəbərdarlıqdır.

ABŞ-dakı qaradərili insanların və digər “ağ olmayan” seçicilərin əksəriyyəti Demokratlara səs verir. Trampın miqrant siyasəti isə ağ olmayan seçiciləri qorxudur. “Ağ irqçilər” tərəfindən qaralara, müsəlmanlara, yəhudilərə və hispaniklərə qarşı silahlı hücumların artması ilə Trampın mövqeyinin üst-üstə düşməsi Respublikaçılara mənfi təsir göstərir. Halbuki “Respublikaçılar” ağ olmayan amerikalılardan, Demokratlar isə “ağ amerikalılar”dan daha çox səs qazanmalıdır. ABŞ-ın dəyişən demoqrafiyası ilə bağlı bu iqtidar məsələsi qarşıdakı günlərdə daha çox müzakirə ediləcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Ən çox oxunanalar