Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya 458 yeni lift gətirilib - Fotolar

Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır...

Ölkə başçısı İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.

PİA.az xəbər verir ki, “Alov qüllələri” Kompleksində Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi, Almaniyanın Wittur Holding GMBH şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkət və kompaniyalarının rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamərdə gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.

Wittur Holding GMBH şirkətinin Global satis sobəsinin rəhbəri Ahmet Örs, Marketing Direktoru Gerd Imbusch, dıgər rəsmi şəxslər şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat vermiş, video-çarx nümayiş etdirilib.

Şirkətin Bakı şəhərində həyata keçirdiyi layihə müzakirə olunub, Bakıda yeni liftlərin quraşdırılmasının vəziyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə Şəhər “Lifttəmir” İstehsalat Birliyinin rəhbəri Xalid Ələkbərov, şirkətin marketing direktoru Gerd Imbusch və Avropa satis sobəsinin rəhbəri Ralph Hunter ətraflı məlumat verib.

Bildirilib ki, imzalanmıış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Ilk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanıb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib. Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətitilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.

pia.az


Etiket: lift


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar