Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şou əhli ayağa qalxdı - Bu xəstəxananın bağlanılması tələb olunur

Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) Sabunçu xəstəxanasının həkim kollektivinin dəyişdirilməsini tələb edib...

O, oğlu ölən atanın fəryadını sosial şəbəkədə paylaşaraq Sabunçu rayonu 3 № li Şəhər Klinik Xəstəxanasını, orada çalışan həkimləri sərt tənqid edib:

“Mən bu videoya axıra qədər baxa bilmədim, ağladım! Allah Sabunçu xəstəxanasının rüşvətxor, şərəfsiz, insanlıqdan bixəbər nə qədər həkimi varsa, hamısınım bəlasını versin! Biz hər şeydə deyirik prezident, amma inanın ki, prezidentimizin bunlardan xəbəri yoxdur, vallah, bəlkə də. Başda Sabunçu olmaqla bir çox yerdə həkim yox, baytarlar insanların həyatı ilə oynayırlar! Hamısını işdən çıxartmaq lazımdır. Hamısını cavan həkimlərlə əvəzləmək lazımdır. Türkiyədə, Rusiyada təhsil almış, hətta Bakıda yaxşı oxuyan o qədər cavan həkimlərimiz var ki... Bu atanın yerinə çox pis oldum, göz yaşların yerdə qalmaz ata, oğlunun ölümündə günahkar olanlar Allahın qəzəbinə gələr tezliklə! Bəzi həkimlər şərəfini də pula satalar səviyəsizlər!”

İzləyicilərdən biri rəylərdə tanınmış idmançı Fərhad Poladovun da həmin xəstəxanada öldüyünü xatırladıb. Tolik isə reper Hüseyn Dəryanın da həmin yerdə dünyasını dəyişdiyini bildirib.

Tolikin harayına şou nümayəndələri də səs verib. Müğənni Mina Hüseyn, Əməkdar artist Lalə Məmmədova, aparıcı Zemfira Adıgözəlova, müğənni Günel Ələkbərova (Pişik Günel) da onun dediklərini təsdiqləyib və məyusluğunu bildirib. G. Ələkbərova nənəsinin həmin xəstəxanada vəfat etdiyini yazıb:

“Allah oradakı həkimlərin bəlasını versin. Ora diri girən adam ölü çıxır. Savadsızlar, mənim nənəmi də onlar öldürdü. Mən o vaxt bu barədə paylaşım etdim, amma əhəmiyəti olmadı. Tolik, nə etsən sən edərsən. Yəqin, Səhiyyə nazirliyi bu dəfə biganə yanaşmaz və orada həkim adı ilə insanları öldürən qatillər barəsində bir tədbir görər. Mən o xəstəxanada gördüyümü görmüşdüm, ora morqdur. O “morq”a diri girən ölü çıxır. Allah bəlalarını versin tezliklə, elə Hüseyn Dəryanı da o savadsızlar öldürdü, amma nədənsə yaxınları susdu”.

İzləyiciləri isə Tolikə dəstək verərək “morq” adlanan bu xəstəxananın ümumiyyətlə bağlanılmasını tələb ediblər. İstifadəçilərdən bəziləri yazılarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adını da işarələyərək bu barədə ciddi tədbir görülməsini istəyiblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar