Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdən “Xanhüseyn Kazımlı” açıqlaması

“Hansısa deputatın qüsurlu danışması İntizam Komissiyasında müzakirə olunmur”...

PİA.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deputat Xanhüseyn Kazımlının bir neçə ay bundan qabaq Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında anlaşılmayan çıxışına münasibət bildirərkən deyib.

Komissiya sədri bildirib ki, bu cür hallarla bağlı heç bir müraciət daxil olmayıb:

“Belə məsələlərdən xəbərim yoxdur. Bir şəxsin danışığında problem yaranıbsa, onu lağ obyektinə çevirmək olmaz. Bəlkə, səhhətində problem olub?! Məsələləri bilmədən ələ salmaq doğru deyil. Həmçinin, bu cür məsələlər heç vaxt İntizam Komissiyasının müzakirə mövzusu olmayıb”.

Qeyd edək ki, deputat Xanhüseyn Kazımlı bir neçə ay bundan qabaq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən fikirlərini ifadə edə bilməyib. Çıxışını bu cür edib:

"Büdcənin, deməli, əksinə təsir göstərir... Ona görə də, ona görə də, əgər deməli, 15 il sonrakı 15 faizdən... 15 faizdən artıq olarsa, deməli, büdcənin kəsiri... dövlət büdcəsinin borc alması onda büdcə kəsiri... onda, deməli (yanındakına: mən siz danışanda qulaq asdım da, qulaq asın... mən səhv deyirəmsə, qulaq asın) həəə... deməli, əgər... əgər, dünyada gedən proses belədirsə, Azərbaycanı niyə qınamaq olur? Azərbaycanın hər yerdə... Azərbaycanın hər yerdə.. bütün insanlar... bütün insanlar Azərbaycana gəlməkdən ötrü cəhd göstərir. Ona görə də, bəlkə də... bəlkə də... öhö... 1930-cu ilin əgər 194 yerdən, yerdən... 194-cü yerdən ABŞ 74-cü yerə düşübsə... iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə, deməli bu, o deməkdir ki, ABŞ-ın 1930-cu ilin böhranı gözləyir. Ona görə də, Azərbaycanı qınamaq lazım deyil. Bəlkə də dünya üzrə gedən prosesdir, problemdir, ona görə də bunun dünyanın problemləri sırasına daxil eləmək lazımdır. Çox sağ olun. Diqqətinizə görə çox sağ olun".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar