Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqşin hansı məşhurun əli ilə “Maşın”dan göndərildi?

Ötən gün “Maşın” realiti-şousunda səsverməyə çıxan müğənni Niyam Salami əvvəlcə hədəfini açıqlamasa da, sonradan Kərim Abasovu oyundan çıxardığı üçün həmkarı Nazim Pişyarini “Maşın”dan uzaqlaşdıracağını deyib. Nazim isə əlini çəkərək, yarışmadan uzaqlaşıb

PİA.az xəbər verir ki, efir zamanı meyxanaçı Aqşin Fateh özünü hədəf seçdiyi üçün Niyamın “Getsin”inə səs istəyib və tərəflər arasında gərginlik də yaşanıb. Sonda Niyam Salami 54,18 faiz səs toplayaraq, qalib gəlib. O, şoudan meyxanaçı Aqşin Fatehi kənarlaşdırılıb.

Yarışmann ilk günü “Maşın”dan kənarlaşdırılan müğənni Kərim Abbasov da bu məsələdə yaxından iştirak edərək Aqşinin göndərilməsi üçüçn canfəşanlıq edib.

O əvvəlcə Niyamın şəklini İnstaqram hesabından paylaşaraq dostlarından kömək istəyib. “Haqq qalsın, nahaqq getsin”, - deyən fotola fikir bildirən ifaçı həmkarının qalması üçün kömək istəyib.

“Uraaa... Mənim torbamı tikənlər, sizin torbanızı mən tikdim. Şükür sənə, ya Rəbbi. Bütün səs verən dostlara təşəkkür edirəm. Var olun, Allah sizi pənahında saxlasın. Həftənin birinci günü "Maşın" şouda bütün kartları mən açacağam. Sadəcə səbr edin", - deyən Kərim Aqşinin onun əli ilə "Maşın"dan kənarlaşdırıldığını bildirib.

K. Abbasov daha sonra Niyamla görüşdüyünü və onu qucağına aldığını əks etdirən videosunu paylaşıb. "Bəli, bu, dostluğun qalibiyyətidir. Dost dosta tən gərək, tən olmasa, gen gərək. Var ol, dostum, sözümü yerə salmadın", - deyə ifçı həmin materialın altına sözlərini yazıb.

“Necə yaşamışıq, elə də öləcəyik. Kişi bir dəfə, namərdlər hər gün!", - deyə sosial şəbəkədə paylaşım edən Aqşin bu sözləri studiyanı tərk edərkən Niyamın özünə də deyib. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Ən çox oxunanalar