Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanında qadınların hərbi xidmət keçməsinə icazə verilib

Səudiyyə Ərəbistanında qadınların hərbi xidmət keçməsinə icazə verilib...

“Report” “Asharq al-Awsat”a istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin Baş Qəbul və Səfərbərlik Direktorluğu qadınların güc və qabiliyyətlərini bütün sahələrdə, o cümlədən hərbidə tətbiq etməyi mühüm vəzifələrdən biri kimi qarşıya qoyan “Vision 2030” konsepsiyasını rəhbər tutub.

Qurum bundan belə qadınların quru qoşunlarında, hava qüvvələrində, dəniz qüvvələrində, hava müdafiə qüvvələrində, strateji raket qüvvələrində, habelə tibbi xidmətlərdə gizir, kiçik gizir, çavuş, qərargah çavuşu rütbələrində xidmət keçə biləcəklərini açıqlayıb.

Qeyd edək ki, son illər Səudiyyə Ərəbistanında xanımlar Baş Narkotiklər Direktorluğu, Baş Həbsxanalar Direktorluğu, cinayət axtarışı, gömrük xidməti də daxil olmaqla ictimai asayiş sahəsində hərbi rütbə daşıyırlar.

Həmçinin gömrük xidmətində müfəttiş və sıravi əməkdaş, ticarət və səhiyyə müəssisələrində mühafizəçi kimi çalışan xanımların yol təhlükəsizliyi, dairə polisi, asayiş keşikçiləri, həmçinin həcc və ümrə mühafizəsi, silahlar və partladıcı maddələrlə bağlı sahələrdə çalışmaqda davam edir.

Hökumətin bu qərarını mütərəqqi addım kimi dəyərləndirən Mülki Müdafiə Mərkəzinin keçmiş rəhbəri Həsən əl Şəhri qadınlar üçün hərbidə geniş imkanlar açıldığını dilə gətirib.

Səudiyyə Ərəbistanının Şura Məclisinin üzvü Həya əl Maniyə qadınların artıq ölkədə müxtəlif fəaliyyət sahələrinin ayrılmaz parçası olmağa başladığını, onların yeni-yeni sahələrə daxil olmalarının ölkədə gender bərabərliyi baxımından mühüm olduğunu qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Ən çox oxunanalar