Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Yaxın Şərq və Şimali Afrika planı - Əsas məsələ ABŞ-ı zəiflətməkdir...

“Böyük Yaxın Şərq Layihəsi”ndən çıxarılmalı olunan nəticə və əsas məsələ “İslamın necə başa düşülməsi” deyil, milli dövlətlərin ABŞ-a qarşı apardığı mübarizədir...

Semih KORAY
“Aydınlık” qəzeti, Türkiyə, 1 oktyabr 2019-cu il

Moskvada start verilən “Yaxın Şərq və Şimal Afrika Planı” ümumi şəkildə Dr. Mehmet Perinçek tərəfindən xəritə ilə birlikdə ictimaiyyətə təqdim edilib. Layihənin məqsədi odur ki, “Avrasiya Variantı”nı bölgəmizdə həyata keçirərək ABŞ-ın yeni layihələrini təsirsiz hala gətirək. Bu layihə üzərində Astana Prosesi ilə yaradılmış Moskva-Ankara-Tehran ortaqlığı baş tutub. Layihədə bu ortaqlığı strateji şəkildə əsaslandırmaq üçün Moskva, Ankara və Tehranın ənənəvi köklərinə qayıdaraq, hər birinin mədəniyyət mərkəzi halına gəlməsi məsləhət görülür.

Üçlüyün imperiya keçmişi və milli dövlət ənənələri

Türkiyə, Rusiyaİranın keçmişdə imperiya olması bölgəmizdəki dövlətçilik ənənələrinin dərinliyindən xəbər verir. “Başı dik bir regionda” yaşamağımızın təməlində duran başlıca təsirlərdən biri də, sözsüz ki, bu praktikadır. Digər tərəfdən, hazırda bu təcrübənin güclü şəkildə ortaya çıxmasına şərait yaradacaq təşkilatlanma formalarından biri milli dövlət anlayışıdır. Avrasiya Variantının strukturu keçmiş mədəniyyətlərə yox, müasir milli dövlətlərə əsaslanır. Əslində, bu tarixi reallığı təsdiqləmək üçün önə sürülən ən önəmli şahid Astana İttifaqıdır. Bu ittifaqın təməlində keçmişin mənəvi mirasları yox, milli dövlətlərin ABŞ imperializminə qarşı ortaq mübarizə dayanıb.

Bəşəriyyət tarixi qazanclarla yanaşı, ictimai inkişafa mane olan əngəlləri də özündə daşıyır. Din və məzhəb bölgüləri feodal dönəmdən qalmış ciddi bir maneədir. Bu bölgünün həll yolu isə Moksva Ankara və Tehranın tarixi köklərinə dönmələri ilə deyil, məhz dünyəviliklə əlaqədardır. Ankaranın keçmişdən gələn gücü Avrasiya Mübarizəsi ilə birgə imperializmə qarşı səfərbər etməsinin tək yolu sünni İslamın ənənəvi köklərinə qayıtmaq deyil, yenidən Atatürk İnqilabı etməkdir.

“Böyük Yaxın Şərq Layihəsi”ndən çıxarılan əsas dərs

“Böyük Yaxın Şərq Layihəsi” (BYŞL) vəhabiliklə ənənəvi İslamın toqquşmasından istifadə etmək üçün ənənəvi İslama dəstək verməyi üstün bilir. İrəl sürdüyü əsas isə ABŞ-ın “Böyük Yaxın Şərq Layihəsi”ndə vəhabiliyin yaratdığı fanatik terrorundan istifadə etməsidir. ABŞ özünün yaratdığı bu terror modelindən həm milli dövlətlərə qarşı istifadə edib, həm də özündə üstünlük qazandırmaq üçün bundan bir “düşmən modeli” kimi istifadə edib. Amerika yaratdığı bu düşmən qarşısında yenə özünün yaratdığı “mülayim İslam” dilindən istifadə edirdi. “Böyük Yaxın Şərq Layihəsi”ndən çıxarılmalı olunan nəticə və əsas məsələ “İslamın necə başa düşülməsi” deyil, milli dövlətlərin ABŞ-a qarşı apardığı mübarizədir.

Məzhəb əsaslı, yoxsa milli dövlət əsaslı?

Milli dövlətləri və onlar arasındakı ortaqlığı zəiflədəcək olan hər bir amil Avrasiya Variantının yaradılmasına da mane olacaq. İslam dünyasını şiə və sufi birliklərinə ayıran layihənin xəritəsində milli sərhədlər zəiflədilib, onların yerini məzhəbə əsaslanan yeni sərhədlər tutub. Layihədə bəzi ölkələrin dərin köklərə qayıdaraq çağdaş inqilablarda rol oynamasına qərar verilib. Həmçinin, dinə və məzhəbə görə “lider ölkə” seçmək Avrasiyanın beynəlxalq münasibətlərində ayrı-seçkilik yarada bilər. Bəzi ölkələrin bölgəyə sülh, sabitlik və ədalət gətirmək baxımdan daha aktiv olması təbii haldır. Amma bu cür liderlik mənəvi mədəniyyətlərə görə bölünməklə yox, imperializmə qarşı mübarizə aparmaqla ortaya çıxır.

Layihəyə yön verən iki axtarış

Bu layihəyə yön verən iki əsas axtarış var. Biri Moskva-Ankara-Tehran ortaqlığını bölgədə Avrasiya Variantının təməlinə çevirməkdir. Layihədə “dar praqmatizm”in zəifliyi təsbit edilir və bunun əvəzinə “ənənəvi köklərə qayıdış” strateji bir təməl kimi irəli sürülür. Kor praqmatizm tərəfləri strateji müstəviyə sıxışdıracaq. Türkiyənin Avrasiyaya yönəlməsinə əngəl olmaq istəyənlər çalışırlar ki, Astana strateji baxımdan kor praqmatizmdən ibarət olsun. Amma strateji təməl yaratmaq üçün milli maraqları əsas götürmək lazım deyil. Əsas yol “korluq”dan əl çəkib baxış bucağını strateji müstəviyə daşımaqdan keçir. Belə bir təməl də keçmişin dərinliyində yox, gələcəyin geniş üfüqlərində mövcud ola bilər.

ABŞ-ın “Böyük Yaxın Şərq Layihəsi” kimi, Yeni Dünya Sistemi də artıq işləkliyini itirib. Layihəyə yön verən ikinci axtarış isə beynəlxalq münasibətlərin necə olması ilə bağlıdır. Həmçinin, Moskva Layihəsinin “yol xəritəsi” də yeni beynəlxalq münasibətlərin qurulması ilə birbaşa əlaqəlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub - Yenilənib

Bakı-Qazax yolunda qəza olub, bir nəfər ölüb, 3 uşaq xəsarət alıb - Foto, Yenilənib

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Ən çox oxunanalar