Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali Məhkəmənin “blokdan çıxarma” qərarına hansı xarici və daxili faktorlar təsir edib?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri: ““Azadlıq” qəzetinin, “Azadlıq radiosu”nun və “Meydan TV”nin blokdan çıxarılması hansısa, siyasi ticarətin getdiyindən xəbər verir”

ABŞ-ın bu məsələ ilə bağlı tətbiq edə biləcəyi hər hansı siyasi, ya da iqtisai sanksiya Azərbaycan üçün həm daxildə, həm də xarixdə ciddi siyasi-iqtisadi problemlər yarada bilər”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Azadlıq” qəzetinin, “Azadlıq radiosu”nun və “Meydan TV”nin ölkədə yayımının blokunun qaldırılması məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər veridyimiz kimi sentyabrın 10-da Ali Məhkəmədə “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, 2Azərbaycan Saatı” proqramı, 2Turan2 TV və “Meydan2 TV-nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarla bağlı verilən kassasiya şikayətinə baxılıb.

Hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Azərbaycan Saatı” proqramı, “Turan” TV və “Meydan” TV-nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib. Bakı Apelyasiya Məhkəməsinin qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.

Ali Məhkəmənin belə bir qərər verməsində hansı daxili və xarici faktorlar rol oynayıb?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna müraciət edib.

Sərdar Cəlaloğlu: “Görünür “Azadlıq” qəzetinin, “Azadlıq radiosu”nun və “Meydan TV”nin ölkədə yayımının blokunun qaldırılması bilavasitə ABŞ-ın təkidi ilə həyata keçirilib”.

Bloklanmanın aradan qaldırılması müqabilində ABŞ-ın Azərbaycan hökümətinə hansısa məsələdə güzəşt edəcəyini düşünən Azərbaycan Demokrat Partiyasının sədri PİA.az-a açıqlamasında bildirib ki, bəlkə də Azərbaycan hökümətinin senatorlara rüşvət vermək məsələsi çox da hallanmayacaq:

“Bildiyimiz kimi “Azadlıq radiosu” ABŞ Konqresi tərəfindən maliyyələşir. Azərbaycan da bir çox siyasi və iqtisadi məsələlərdə ABŞ-dan kifayət qədər asılıdır. Misal üçün ABŞ-ın bu məsələ ilə bağlı tətbiq edə biləcəyi hər hansı siyasi, ya da iqtisai sanksiya Azərbaycan üçün həm daxildə, həm də xarixdə ciddi siyasi-iqtisadi problemlər uayada bilər. Görünür “Azadlıq” qəzetinin, “Azadlıq radiosu”nun və “Meydan TV”nin ölkədə yayımının blokunun qaldırılması bilavasitə ABŞ-ın təkidi ilə həyata keçirilib.

Bəlkə də bunun müqabilində də ABŞ Azərbaycan hökümətinə hansısa məsələdə güzəşt edəcək. Məsələn ola bilər ki, Azərbaycan hökümətinin senatorlara rüşvət vermək məsələsi çox da hallanmayacaq. Yəni “Azadlıq” qəzetinin, “Azadlıq radiosu”nun və “Meydan TV”nin blokdan çıxarılması hansısa, siyasi ticarətin getdiyindən xəbər verir. Burada başqa səbəb axtarmağın heç bir mənası yoxdur”.

Eyni zamanda Azərbaycan Demokrat Partiyasının sədri Milli Şuranın Lökbatanda mitinq keçirməkdən imtina etməsi məsələsinə də münasibət bildirib.

Sərdar Cəlaoğlu: “Azərbaycan dünyada “Sərbəst toplaşmaq” haqqında insanların hüquqlarına riayət edən ən axırıncı dövlətdir”.

Bildiyimiz kimi dünən Milli Şura Lökbatanda mitinq keçirməkdən imtina etməsi ilə bağlı bəyanat yaydı. Bu imtinanı necə dəyərləndirmək olar, sualına cavab olaraq Demokrat Partiyasının sədri bildirib ki, qanunda Təşkilat Komitəsinin müəyyən etdiyi yerdə problem varsa, ona uyğun və əlverişli yer təklif edilməlidir. İndi isə mitinqin keçirilməsini Lökbatana salıblar. Məlum məsələdir ki, Lökbatanda mitinq keçirmək həm iqtisadi, həm siyasi, həm də təşkilatçılıq baxımından olduqca çətindir:

“Əvvəla onu deyim ki, Bakı Şəhər İcra Hakimiyyəti qanunu pozdu. Birincisi “Sərbəst toplaşmaq haqqında qanun”a görə mitinqin yerini yalnız və yalnız mitinqin təşkilat komitəsi seçə bilər. Bakı Şəhər İcra Hakimiyyəti yalnı mitinqin təhlükəsizliyi ilə bağlı məsələdə söz sahibinə malikdir.

Həmçinin qanuna görə mitinqin keçirilməsi Təşkilat Komitəsi ilə razılaşdırılmalıdır. Amma indi Azərbaycanda belə bir zərərli təcrübə var ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsi ilə bağlı birtərəfli qərarlar verirlər. Yəni Bakı Şəhər İcra Hakimiyyəti istədiyi yerdə, istədiyi vaxtda, istədiyi kimi mitinqlərin keçirilməsi ilə bağlı qərar verir. Sanki mitinqi onlar keçirəcəklər. Burada açıq şəkildə Azərbaycan Konstitusiyası və “Sərbəst toplaşmaq haqqında qanun” pozulub və Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyət hüquqlarını aşıb.

İkinci qanun pozulması halı isə budur ki, qanunda Təşkilat Komitəsinin müəyyən etdiyi yerdə problem varsa, ona uyğun və əlverişli yer təklif edilməlidir. İndi isə mitinqin keçirilməsini Lökbatana salıblar. Əvvəla Bakı şəhərinin mərkəzində mitinq keçirməkdən söhbət gedirdi. Bakının ətraf rayonlarında, qəsəbələrində mitinq keçirməkdən söhbət getmirdi.

Sərdar Cəlaloğlu: “İcra Hakimiyyəti mitinqə “yox” demək istədi. Sadəcə olaraq “yox” deməyə səbəb olmadığı üçün elə “hə” dedi ki, bu “hə”, “yox”dan pisdir”.

Məlum məsələdir ki, Lökbatanda mitinq keçirmək həm iqtisadi, həm siyasi, həm də təşkilatçılıq baxımından olduqca çətindir. Təsəvvür edin ki, insanlar mitinqə görə 15-20 km yol getməli olurlar. Bu mitinqin qarşısının alınmasının özünəməxsus bir üsuludur. Bu cür qərarın verilməsi “yox” deməkdir. Yəni İcra Hakimiyyəti mitinqə “yox” demək istədi. Sadəcə olaraq “yox” deməyə səbəb olmadığı üçün elə “hə” dedi ki, bu “hə”, “yox”dan pisdir.

Açıq şəkildə ölkədə özbaşınalıqdır. Onsuz da ölkədə bütün dövlət orqanlarında özbaşınalıqdır. Bizim iqtidar Ermənistanı demokratik ölkə saymır. Amma Ermənistanda istənilən vaxt Teatr mərkəzində vətəndaşlar mitiqn keçirə bilərlər. O cümlədən Gürcüstanda, Rusiyada şhərin mərkəzində mitinq keçirilər bilir. Dünyanın ən diktatura rejimlərində belə xalq küçələrə çıxır. Məsələn neçə vaxtdır Tayvanda, Honkonqda camaat küçələrdədir. Azərbaycanda isə camaatın ümumiyyətlə “Sərbəst toplaşmaq” hüquqi belə yoxdur.

Azərbaycan dünyada “Sərbəst toplaşmaq” haqqında insanların hüquqlarına riayət edən ən axırıncı dövlətdir. Düşünmürəm ki, dünyada ikinci belə bir dövlət ola ki, vətəndaşlarının “Sərbəst toplaşmaq” hüququna bu qədər dözümsüz yanaşa bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar