Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan və həyat yoldaşı ali təhsil almayıb - Faktlar...

Məktəb və fabrik tikdirə bilməyən Teyyub rejimi davamlı olaraq yeni həbsxanalar inşa edir. Gücü çatsa, ölkənin yarısını həbs edəcək...

Ergün POYRAZ
“Yurt” qəzeti, Türkiyə, 24 sentyabr 2019-cu il

Teyyub Ərdoğanın dediyinə görə o, “İmam Hatip”dən sonra “Eyüb” liseyində fərq dərslərinə girib və indiki Marmara Universitetinin İqtisadiyyat və Ticarət Elmləri fakültəsinə daxil olub. AKP-nin rəsmi internet saytında da Teyyub üçün “Mərmərə Universiteti, İqtisadiyyat və Ticarət Elmləri fakültəsi məzunu” yazılmışdı. Həmçinin öz şəxsi səhifəsində, prezident saytında və CB-da da bu şəkildə qeyd edilirdi.

Halbuki Mərmərə Universitetinin daxilində heç vaxt belə bir fakültə olmayıb. Yəni Ərdoğan mövcud olmayan bir fakültədən məzun olduğunu iddia edir.

Ərdoğanın “İmam Hatip”də də Quranı-Kərim və ərəb dili dərsləri zəif idi. Bu dərslərin kəsr imtahanından belə güclə keçirdi. “İmam Hatip”dəki qeydiyyat dəftərində qeyd edilib ki, Ərdoğan “İmam Hatip”i 5 oktyabr 1973-cü ildə bitirib. Tarixdən də bəlli olur ki, kəsr imtahanlarını verdikdən sonra “İmam Hatip”dən məzun ola bilib. O da komissiyasının qərarı ilə, yəni Allah rızası üçün.

Teyyub 1973-də İmam Hatipi bitirib və İETT-ə köçürülüb. Dediyinə görə, sonradan “Eyüb” liseyində fərq dərslərinə girib və buradan məzun olub.

Lakin onun “İmam Hatip”dəki qeydiyyat sənədinə baxdıqda ortaya çıxıb ki, Ərdoğan bu məktəbdən başqa heç bir yerdə təhsil almayıb. Bu sənədi yayımlamışam. Orada yazılan məlumatlara heç kim etiraz edə bilməz.

“İmam Hatip”dəki sənədə görə, Teyyubun nə normal məktəb həyatı olub, nə də universitet həyatı. Yəni Ərdoğan insanları aldadıb.

Bu sənəd yayımlanan zaman Ərdoğan dərhal istefa verməli və həm ölkəmizdən, həm də bütün dünyadan üzr istəməli idi. Çünki normal hüquq dövlətində Teyyub saxtakarlıq etdiyi üçün mühakimə edilməli idi.

Bəs bu işi kim görəcək? Qaçaq sarayda ədliyyə açılışı edənlər?

Teyyub 80 min insanı məhkəməyə verib. İnsanlar haqsız yerə prezidenti təhqir etməkdə ittiham edilib və hələ edilirlər. Həbsxanalar bu cür haqsızlığa məruz qalan insanlarla doludur.

Məktəb və fabrik tikdirən bilməyən Teyyub rejimi davamlı olaraq yeni həbsxanalar inşa edir. Gücü çatsa, ölkənin yarısını həbs edəcək.

Əslində, bunların təhsilləri həmişə sual altında olub. Məsələn CB saytında Əminə Ərdoğanın təhsili bu şəkildə qeyd edilib: “Təhsilini Qızlar üçün İstanbul Peşə məktəbində tamamlayan”.

Hər şeydən əvvəl, Əminənin oxuduğu dönəmdə belə bir məktəb mövcud olmayıb. Bəlkə də var, amma mən tapa bilməmişəm. Lakin aşağıdakı qaynaqlarda qeyd edilən təhsil durumu ilə CB saytındakı məlumatlar arasında böyük fərq var:

Vikipediya: “Midhat Paşa adına “Axşam” incəsənət məktəbində təhsil alıb, lakin məzun olmadan yarımçıq qoyub”.

Tempo jurnalı: “Mithat Paşa adına “Axşam” incəsənət məktəbinə davam edib. Lakin buradakı təhsilini bitirib bitirmədiyi məlum deyil. Biz də bu məktəbə gedib bir az araşdırdıq, lakin Əminə xanımın məzun olması barədə heç bir qeydiyyat tapa bilmədik”.

İtmiş sənəd: “Mithat Paşa adına “Axşam İncəsənət məktəbinə davam edib, amma məktəbi bitirməyib”.

Nəşrini və yayımını qadağan etdikləri “Takunyalı Leydi” : “Mithat Paşa “Axşam” İncəsənət məktəbində oxuyub, amma məzun olmayıb”.

Yəqin, başa düşürsünüz ki, bu söz-söhbətləri bitirməyin tək yolu diplomu - əgər varsa - yayımlamaqdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar