Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətai rayon İcra Hakimiyyəti yeni təyinat gözləyir-10 aydır

Hazırda icra başçısının səlahiyyətlərini Rafiq Quluyev yerinə yetirir...

Bakının Xətai rayonu 10 aydır başçısız qalıb. 2018-ci il dekabrın 13-də Razim Məmmədov vəzifəsindən azad edildikdən sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı postuna hələ də təyinat gerçəkləşməyib.

PİA.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hazırda icra başçısının səlahiyyətlərini Rafiq Quluyev yerinə yetirir. O, 1997-ci ildən sözügedən İcra Hakimiyyətinin ümumi şöbəsində müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək isə həmin şöbənin müdiri vəzifəsində çalışıb.

21 may 2012-ci ildə icra başçısının müavini təyin edilən Quluyev iki il sonra 1-ci müavin postuna gətirilib.

2006-cı ildən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan 45 yaşlı Quluyevin Razim Məmmədovun xələfi olması gözlənilir. Lakin Bakının ən iri rayonlarından sayılan (ərazisi 31,6 кvadrat kilometrə çatır, əhalisi isə 290 min nəfərdən çoxdur) Xətai rayonuna rəhbərlik etmək arzusuna düşən digər şəxslər də var. Elə bu səbəbdən də icra başçısı təyinatının yubandığı bildirilir.

Kulislərdə namizədlərdən biri kimi Xətai rayonundan deputat, eyni zamanda YAP Xətai rayon təşkilatının sədri Hüseynabal Mirələmovun adı hallandırılsa da, bu, inandırıcı görünmür. Səbəb onun yaşıdır. Belə ki, Mirələmovun hazırda 74 yaşı var.

Hələ bir neçə ay əvvəl mövzu ilə bəhs edərkən bildirmişdik ki, paytaxt meri Eldar Əzizov Xətai rayonununa icra başçısı təyin ediləcək şəxsin özünə yaxın kadr olmasına çalışır. Əzizovla bərabər, başqa bir neçə iri məmurun da həmin posta öz namizədinin olduğu deyilir.

Sonda hansı namizədin üzünün güləcəyini demək çətin olsa da, fakt bundan ibarətdir ki, Bakının aparıcı rayonlarından biri 10 aydan çoxdur başçısızdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar