Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taleyimdən, qismətimdən şikayətçi deyiləm” - Şəhriyar Məmmədyarov

Xəbər verdiyimiz kimi, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Şahmat üzrə Dünya Çempionatının 1/8 finalında digər həmyerlisi Şəhriyar Məmmədyarovu məğlub edib...

Sosial şəbəkədə fikirlərini paylaşan Ş. Məmmədyarov məğlubiyyəti belə şərh edib:

Əlbəttə, son oyunda daha gedişi əvəzinə “h6” gedişi etsəydim, qələbə qazanacaqdım. Bu, birinci görüşdə də uduş idi. Əsas odur ki, gözəl şanslarım vardı. İstifadə edə bilmədim. Amma taleyimdən, qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, inamlı çıxışı davam edəcək. Özümə isə gələcəkdəki yarışlarda diqqətli olmağı arzulayıram. Artıq sevimli ailəmin, böyümüş oğlumun yanında olacağıma sevinirəm. Çempion olmaq bizim də qismətimizdə var. Bu gün deyil, sabah olsun. İnşallah, gözəl geridönüş edəcəyəm”.

“Şah” oyununu Hollandiya millisi ilə də müqayisə edib: “Mən futbol üzrə Hollandiya yığmasına bənzəyirəm. Onlar kimi gözəl oynayıb, məğlub oluram. Sadəcə əziyyətimə heyfsilənirəm. Çox gözəl oynamışdım, amma qapıda Canluici Buffon dayanmışdı”.

Qeyd edək ki, Dünya Kubokunun 1/8 final mərhələsində əsas matçları heç-heçə oynayan qrossmeysterlər qalibi tay-brekdə müəyyənləşdiriblər. Yekunda 3,5:2,5 hesabı ilə qalib gələn T. Rəcəbov 1/4 finala yüksəlib. O, bu mərhələdə amerikalı Ceffri Şonqla üz-üzə gələcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar