Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"At kimi kişnəyən, meymunluq edənlər TV-lərdə meydan sulayırlar" — Mərkəz sədri

Texnologiyanın inkişaf etdiyi müasir dövrümüzdə bir çoxlarımız televiziyadan çox sosial şəbəkələrdən sevdiyimiz, bəyəndiyimiz sənətçiləri izləyirik

Son günlərdə isə sosial şəbəkələrdə mədəniyyət və incəsənət adamlarının bir-birini bəyənməməsi, bir-birinə söz atmaları halları artıb.

Bəs nə üçün tanınmış şəxslər, sənətçilər bir-birini bəyənmir?

Mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azadinform-a danışıb:

"Onlar əsl sənətkar olsaydılar, bir-birilərinin sənətinə qiymət verərdilər. Təəssüf ki, özünü sənətkar kimi cəmiyyətə sırıyan adamların çoxunun sənəti yoxdur. Xaric oxuyan, at kimi kişnəyən, səhnədə meymunluq edənlər Azərbaycan xalqının mədəni zövqünün korlanmasından istifadə edib, meydan sulayırlar. Bayağı musiqilərin artması ilk növbədə bu amillə bağlıdır. Əsl sənətkarlar abırlarına qısılıb kənara çəkildikləri üçün "bozbaşların” əl-qolunu bağlamaq mümkün olmur. Təəssüf ki, sənətdə peşəkarlıq arxa plana keçib. Qeyri-peşəkarların isə iddiası boylarından böyükdür. Peşəkarlar bu adamları yerlərində oturtmadıqca, sənət dünyasında başıpozuqluq, xaos hökm sürəcək”.

S. Verdizadə hesab edir ki, digər bir səbəb isə özünü sənətkar adlandıran adamların savadsız olmasıdır:

"Məhdud dünya görüşə sahib olan, vaxtilə təməl bilgiləri əxz etməyən bu adamların özündənrazı olması başa düşüləndir. Yalnız savadlı insanlar qarşılarındakı adamların səviyyəsini qiymətləndirə bilərlər. Sənət adamlarının çoxu savadsız olduqları üçün özlərindən başqa heç kimi bəyənmirlər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Ən çox oxunanalar