Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyev Freyddən danışdı və Əli Kərimlini istefaya çağırdı...

Sabiq spiker: “Bu adamın sitayiş etdiyi şəxs onun həyat yoldaşına “belə şeylər olur, o kişidir dözmək lazımdır” tövsiyəsi veribsə və bu həqiqətdirsə əlbətdə ki, birinci növbədə o özü şəxsən istefa verməlidir!”.

“İnsanlar düşmənə qarşı mübarizədə, ölkənin qanunlarına xüsusilə konstitusiya qanunlarına tabe olmadıqda zor işlədə bilər və bu zoru işlətməyə onun haqqı var. Digər hallarda birinin başqasına zor işlətməsi, döyməsi, təhqir etməsi xəstəlikdir və bunu edən şəxs müalicə olunmalıdır”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, insanların belə aqressiv olmasının kökü dərindədir.
Bildirib ki, 20-ci əsrin birinci yarısında məşhur psixoanalizin fundamentini qoyan alim Freyd və onun tələbəsi Yunq insanların cəmiyyətdə özlərini aparmasının fundamentinin uşaq yaşlarında qoyulduğunu çoxsaylı faktlarla sübuta yetirib:

“Bu teoriya ilə arvadını və qızını az qala şikəst edənə qədər döyən "qəhrəman" uşaqlıqda mütləqdir ki, valideynləri tərəfindən aqressiyaya məruz qalıb.

Mənə qəribə görsənən isə kifayət qədər intlektual, sivil düşüncə tərzinə malik olan onun həyat yoldaşının belə alçaldıcı hərəkətlərlə razılaşması və bu günədək dözməsidir. Heç bir ideyası, idealogiyası olmayan, ona verilmiş müxalifət rolunu oynamaq üçün (ətrafınada eyni tipli adamları yığıb) dəridən qabıqdan çıxan birisinə 30 ildir qul olmasını, siyasət və özünü siyasətçi adlandırması ikrahdan başqa bir şey doğurmur...

Freydi oxuyanlar bu tipli adamların “hökmən müalicə olunmalıdır” teoriyasını bilməmiş olmazlar...

Bu adamın sitayiş etdiyi şəxs onun həyat yoldaşına “belə şeylər olur, o kişidir dözmək lazımdır” tövsiyəsi veribsə və bu həqiqətdirsə əlbətdə ki, birinci növbədə o özü şəxsən istefa verməlidir!

Ola bilər sizlər üçün belə şeylər adi haldır, kişi ona görə kişidir ki, qadınları döysün, təhqir etsin?! Mən və mənim tipli insanlar üçün bu yol verilməz və alçaq bir hərəkətdi! Bu tip insanları zindanda yox xəstəxanaya aparıb müalicə etmək lazımdır...

Mən həyatım boyu nə özümü alçaltmağa nə də başqasının alçaldılmasına yol verməmişəm. Buna baxmayaraq heç kim mənə qarşı çıxmayıb və tapşırıqları yerinə yetiriblər. İnsanları zorla deyil də, sevgi ilə yönəltməyin ən doğru yol olduğunu, zorakılığın insana xas bir əməl olduğunu mən öz həyatımda bu günədək də yaşatmaqdayam!”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar

Ən çox oxunanalar