Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölülər qəbirdə niyə hərəkət edir? – İlahiyyatçıdan maraqlı açıqlamalar

Xəbər verdiyimiz kimi, avstraliyalı araşdırmaçılar indiyədək irəli sürülən nəzəriyyələrin əksinə olaraq, ölülərin məzarda "sakit yatmadıqlarını” iddia edib...

Sürətləndirilmiş kameralarla reallaşdırılan çəkilişlərdə ölü bədənin quruma və çürümə prosesində üzvlərinin hərəkət etdiyini ortaya çıxarıb. 70 cəsəd üzərində araşdırma aparan Avstraliya Təcrübə Araşdırmaları Mərkəzi (AFTER) ölmüş bədənin bir il keçdikdən sonra belə orqanların hərəkət etdiyini aşkar edib.

Belə ki, onlar sürətləndirilmiş kameralar 17 ay ərzində hər 30 dəqiqədən bir cəsədlərin fotolarını çəkib. Əldə edilən nəticələrdə bədənin quruma və çürümə prosesində hərəkət etdiyi bəlli olub. Bunun xüsusən detektivlər və patoloqlar üçün önəmli bir kəşf olduğu bildirilib. Araşdırmaçı Alison Vilson qeyd edib ki, araşdırmalar zamanı qolların hiss ediləcək səviyyədə hərəkət etdiyini üzə çıxarıblar: "Bədəni sarılmış və ya bədənin yanında duran qollar ya yana düşür, ya da geniş açılır. Yana açılan qollar yenidən geri hərəkət edərək bədənə toxunur”. Vilsona görə, bu hərəkətlənmə birləşdirici toxumaların qurumasıyla bədənin kiçilib büzülməsindən irəli gələ bilər.

Ölünün qəbirdəki bu hərəkətlərinin dini baxımdan izahının olduğunu iddia edənlər də var. Bəziləri bu hərəkətin ölünün sorğu-sual edilməsi, əzab çəkməsi ilə də əlaqələndirir.

Bəs görəsən, bunun dini baxımdan izahı necədir, ümumiyyətlə izahı varmı? Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan E.Miri həmin hərəkətlərin çürümə prosesi zamanı baş verə biləcəyini və bunun dinlə əlaqəsinin olmadığını deyib:

“Elə bir şeyin olduğuna hələ də inanmıram. Dini nöqteyi nəzərdən elə bir şey yoxdur. Bunların hamısı uydurmalardır. Yalandan uydurublar ki, guya gəlib insanı qəbirdə sorğu-suala tuturlar, nəsə edirlər. Bunlar boş-boş şeylərdir. Bu sadəcə uydurulan din anlayışının ortaya atdığı bir iddiadır. Onda cəsədi yandırılan milyonlarla insanın aqibəti necə olur? Bilirsiniz ki, bu gün Nepalda, Hindistanda, hətta Avropanın özündə ölüləri yandırırlar. Bəs onlar necə olacaq? Ümmiyyətlə, çürümə, yandırılma prosesində elə hərəkətlər ola bilər. Amma bu hərəkətlərin dini cəhətdən hansısa izahı yoxdur. Deyilənlər də uydurmalardır”.

pia.az


Etiket: qəbir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar