Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya kriminalının lideri “Quli”nin qarşısında geri çəkildi...

Rusiya kriminal aləminin lideri sayılan “Gənc Şakro” ləqəbli “qanuni oğru” Zaxari Kalaşovun Nadir Səlifova (“Quli”) qarşı qurduğu plan baş tutmayıb...

Rusiya mətbuatı xəbər verir ki, Kalaşovun nüfuzlu “qanuni oğruları” “Quli”yə qarşı qaldırmaq cəhdi uğursuzluqla nəticələnib və onun özünə qarşı çevrilib.

Xəbər verilir ki, “Şakro”nu hərəkətə gətirən əsas səbəb bu il avqustun 26-da Türkiyədə baş verən hadisə olub. Belə ki, həmin gün Səlifovla görüş zamanı 35 yaşlı “qanuni oğru” Quram Çixladzenin (“Kvejoviç”) döyüldüyü bildirilir. Bu işin şəxsən Səlifov deyil, onun yaxın ətrafına aid olan Arman Cumagəldiyev (“Vəhşi Arman”) tərəfindən törədildiyi iddia olunur. Səbəb kimi Çixladzenin özünü “Quli” ilə görüşdə həddindən artıq pis aparması, öz hərəkətlərilə qıcıq yaratması göstərilib.

Buna cavab olaraq, Moskva “qanuni oğrularından” olan Badri Koquaşvili (“Kutaiski”) “Quli”nin oğru titulundan məhrum edilməli olduğunu bildirib. Və Zaxari Kalaşov da onu dəstəkləyərək, Çixladzenin döyülməsinin onun özünə vurulan sillə hesab etdiyini deyib.

Lakin “Şakro”nun bu hadisədən istifadə edərək kriminal avtoritetləri “Quli”yə qarşı qaldırmaq cəhdi əks effekt verib. Əsas nüfuzlu oğrular Səlifovun tərəfini tutublar. Rusiya mətbuatı yazır ki, əksinə, bu hadisə nəticəsində “Quli”nin nüfuzu daha da artıb və hətta Səlifovla daha bir nüfuzlu qruplaşmanın lideri olan Merab Canqveladzeni (“Suxumski”) daha da yaxınlaşdırıb.

“Praym Kraym” yazır ki, Kalaşovla telefon söhbəti zamanı Canqvaladze açıq şəkildə Səlifovu dəstəklədiyini bildirərək, “o, mənim qardaşımdır” deyib. Hətta əlavə edib ki, “Şakro”nun oğruları tez-tez üz-üzə qoymaq cəhdlərindən və bunun üçün qurduğu oyunlardan təngə gəlib. (AzPolitika.info AzPolitika.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Ən çox oxunanalar