Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın Azərbaycandakı yeni səfiri əsas prioritetlərini açıqlayıb

“Azərbaycana səfir təyin olunmaqdan çox məmnunam”

Bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Ceyms Şarp sosial şəbəkədə yayılan ilk videomüraciətində deyib.

Azərbaycan sürətlə inkişaf edən və Britaniya üçün əhəmiyyət kəsb edən bir ölkədir. Birləşmiş krallıq ilə Azərbaycan arasında güclü və tarixi əlaqələr mövcuddur. Mən bu əlaqələri daha da inkişaf etdirmək, münasibətləri yeni mərhələyə qaldırmaq niyyətindəyəm. Bura siyasi münasibətlərimizi gücləndirmək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləmək və hazırda yüksək səviyyədə olan ticarət və enerji məsələlərində əməkdaşlığımızı genişləndirmək kimi məsələlər aiddir”, – səfir bildirib.

“Mən eyni zamanda təhsil, turizm, idman və mədəniyyət kimi sahələrdə iki ölkənin vətəndaşları arasındakı əlaqələri daha da gücləndirmək istəyirəm”, səfir qeyd edib.

C..Şarp deyib ki, Azərbaycan dilini öyrənmək üçün aprel ayında Azərbaycana gəlib və 5 həftə Gəncə və Bakıda olub: “Mən bu ölkənin dili və tarixini öyrənmək üçün artiq Azərbaycanda bir müddət vaxt keçirmişəm və Azərbaycanın xalqının nə qədər istiqanlı və qonaqpərvər olduğuna şahid olmuşam”.

Xatırladaq ki, sentyabrın 3-də Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunan səfiri Ceyms Layl Şarpı qəbul edib. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.(Report)

pia.az


Etiket: Yeni səfir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Ən çox oxunanalar