Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabineti benzini gömrük rüsumundan azad etdi - Qiyməti düşəcəkmi?

Enerji məsələləri üzrə eskpert: “Nazirlər Kabinetinin Ai-95 benzini ilə bağlı verdiyi qərar aydın deyil”

Nazirlər Kabinetindən soruşmaq lazımdır ki, Ai-95 benzininin idxal rüsumunu 15 faizdən 0 faizə endirməyə nə lüzum var idi?”.

Nazirlər KabinetiAzərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.

Bu qərar benzinin pərakəndə satışına da təsir edəcəkmi, yəni dayanacaq doldurma stansiyalarında benzinin qiyməti düşəcəkmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib.

İlham Şaban: “Heydər Əliyev zavodu ildə bir dəfə təmirə dayanır və bu zaman benzin idxalına ehtiyac yaranır. Buna görə də hər il Nazirlər Kabineti belə bir qərar verir”.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsini xatırladan enerji məsələləri üzrə eskpert əlavə edib ki, müvafiq olaraq emal müəssisələri də yüksək oktanlı benzinin qiymətini aşağı salırlar. Buna görə də Ai-95 benzini haqqında verilən qanun mənə qaranlıq qalır:

Nazirlər Kabinetinin Ai-95 benzini ilə bağlı verdiyi qərar aydın deyil. Yəni yüksək oktanlı Ai-95 benzini ilə bağlı niyə bu qərarın verilməsini Nazirlər Kabinetinin bu qərarı hazırlayan və yaxud da məsul şəxslərindən soruşmaq lazımdır.

Nazirlər Kabinetindən soruşmaq lazımdır ki, Ai-95 benzininin idxal rüsumunu 15 faizdən 0 faizə endirməyə nə lüzum var idi? Məlumdur ki, Azərbaycan 5 ildir yüksək oktanlı benzin idxal edir. O da məlumdur ki, dünya bazarında da neftin qiyməti aşağı düşür. Müvafiq olaraq emal müəssisələri də yüksək oktanlı benzinin qiymətini aşağı salırlar. Buna görə də Ai-95 benzini haqqında verilən qərar mənə qaranlıq qalır.

Aİ-92 benzini haqqında verilən qərar haqqında isə onu deyə bilərəm ki, Heydər Əliyev zavodu ildə bir dəfə təmirə dayanır və bu zaman idxal benzinə ehtiyac yaranır. Buna görə də hər il Nazirlər Kabineti belə bir qərar verir. Burada heç bir gözlənilməz hal yoxdur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar