Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gültəkin Hacıbəyli qayınanasına 50 min dollar "atıb" — Məhkəmə işi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası ilə bağlı yeni detallar məlum olub

PİA.az xəbər verir ki, keçmiş qohumlar arasında artıq uzun müddətdir ki, davam edən məhkəmə prosesinin səbəbi hələ evli olan zaman tərəflər arasındakı 50 min dollarlıq borc məsələsidir.

Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzili təmir etmək adı ilə G.Hacıbəyli qayınanasından qeyd olunan məbləğdə pul alıb. G.Hacıbəyli 2003-cü ildə N.Məmmədovanın oğlu ilə ailə həyatı qurub və elə həmin il qeyd olunan mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deputata hədiyyə edilib.

Lakin sonradan bəlli olub ki, alınan pul evin təmirinə xərclənməyib. Ümumiyyətlə, həmin mənzil təmir edilməyib və Hacıbəyli o evdə yaşamayaraq anasının yanına köçüb. Mənzil isə kirayə verilib. Baş verənlərdən xəbər tutan N.Məmmədova o zaman deputat olan G.Hacıbəylidən pulu geri qaytarmağı tələb etsə də, buna nail ola bilməyib və iş məhkəməyə qədər gedib çıxıb. Nəticədə Məmmədova borcu qaytarmaq üçün öz evini satmaq məcburiyyətində qalıb.

O da ortaya çıxıb ki, G.Hacıbəyli hələ deputat olarkən qayınanasını məhkəməyə verərək ondan 20 min manat pul almağa nail ola bilib. Xəbərə görə, o, N.Məmmədovanın evində qeydiyyata düşmək və ya əvəzində qeyd olunan məbləğdə kompensasiya ödənilməsi ilə bağlı iddia qaldırıb. Maraqlıdır ki, məhkəmə deputatın iddiasını təmin edib və qayınana gəlininə əlavə olaraq 20 min manat da ödəməyə məcbur olub.

Bütün bu qalmaqalların baş verdiyi dövrdə millət vəkili prokurorluq orqanlarında işləyən keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin vəzifəsindən azad edilməsinə də nail olub.

Uzun müddət məhkəmə prosesləri bu gün də yekunlaşmayıb. Sonradan Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Lexus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilə həbs qoyulub. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar