Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aysellə Elnar yenə ayrılıb?

Şairə Aysel Nəcəfli və müğənni Elnar Xəlilovun ayrıldığı iddia olunub

Axşam.az-ın məlumatına görə, iddialara səbəb cütlüyün uzun müddətdir İnstaqramda bir-birini izləmədən çıxarması olub. Elnar Aysellə olan fotolarını sosial media hesabından silib.

Həyat yoldaşı ilə paylaşımlarını silməyə qıymayan Aysel isə onunla son fotosunu 31 mayda bölüşüb. Sevgili olduqları ərəfədən tez-tez Elnarla birlikdə paylaşım edən Nəcəflinin bu susqunluğu da ayrılıq iddialarını gücləndirib.

Paylaşımdan bir neçə gün sonra şairə üstüörtülü olsa da, həyat yoldaşından zərbə gördüyünü status yazaraq bildirib:

“Qadın bir dağdır sanki - çiyinlərində daşıyar bütün yükü... Dərdi çəkə-çəkə yenə də təbəssüm edər, amma sən bunu bilməzsən. Hər kəs üzündə bir gülüş görər. Qadın dərdini qəlbinə gömər, hiss edər, amma gözləyib səbr edər. Heç başını yalanlarla aldatdım deyə düşünməyin. Qadın yalanlarınızı da, bilər – ancaq dərdini içində çəkər. Döyülər, söyülər, zərbə görər, şiddət görər, amma sevdiyi üçün həftələrlə, aylarla səbr edər, dözər.

Qəlbində qopan fırtınaları yalnız özü dinlər. Gözündən axan yaşları gizlin-gizlin özü silər. Susar-susar... Bu, qadındır. Amma elə zərbə vurarsan ki, o heç bitməyəcək sevgisini, sizə verdiyi illəri, tükənmək bilməyən səbrini də gözləmədiyi bir anda yox edər.

Amma niyə bu yükü daşımaq üçün qadın seçilər? Kişilər bunlara dözərmi? Dözməz! Nə qədər haqsızlıqlar edilsə də, qadın dözsə də, qədri bilinməz”.

Qeyd edək ki, Elnar Ayselə ötən ilin sentyabrında evlilik təklifi etmiş, bunu video şəklində yayımladıqdan sonra lağ hədəfi olmuşdu. Bu ilin fevralında isə onların nişanının pozulması barədə məlumat yayılmış, daha sonra cütlük barışdığını bildirmişdi. Lakin onların nişan və toy vasitəsilə özlərini reklam etməsi barədə iddialar səsləndirilmiş, cütlük qınaq hədəfinə çevrilmişdi. Onların toyu martın 8-də keçirilmişdi.

Onu da bildirək ki, bu Elnarın ikinci evliliyi idi. Onun ilk nikahından bir övladı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar