Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Şəfiyevin işçiləri 5 aydır maaş ala bilmir, özü isə...

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev büdcə hesabına hər ay xaricə səfərlər edir. Baxmayaraq ki, Mərkəzin işçiləri 5 aydır maaş ala bilmir...

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşları 5 aydır ki, maaaşlarını ala bilmir. Bu barədə PİA.az-a özəl mənbələrdən daxil olan məlumatda bildirilir. İşçilər maaş ala bilməsə də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev hər ay xaricə səfərlər edir, bahalı otellərdə qalır və bütün bu xərclər Mərkəzin hesabından ödəlnilir.

Qeyd edək ki, SAM ləğv ediləndən sonra prezident sərəncamı ilə bu qurumların yerinə iki publik hüququi şəxs yaradıldı. Bu qurumlardan biri də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir. Mərkəz Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin inzibatı binasında yerləşir. SAM-ın əməkdaşları həmin qurumda işlə təmin olunublar. Baxmayaraq ki, SAM-ın keçmiş əməkdaşları beş aydır işə çıxırlar, hələ bu günə kimi Mərkəzin əməkdaşları əmək haqqı ala bilməyiblər.

İşçilər iddia edirlər ki, büdcədən Mərkəzə vəsait ayrılıb və Nazirlər Kabineti həmin vəsaitin sözügedən qurumun hesabına köçürülməsini təmin edib.

“Qurumun fəalıiyyətində şəffaflıq olmadığından ayrılan vəsaitin hara və necə xərcləndiyi barədə bir söz deyə bilmərik. Ancaq fakt ondan ibarətdir ki, Mərkızin idarə heyətinin sədri Fərid Şəfiyev dövlət vəsaitinin hesabıan tez-tez xarici ölkələrə işgüzar səfərlər edir. Bahalı otellərdə yaşayır. Əməkdaşlar isə maaşsız qalır”, deyə PİA.az-a daxil olan müraciətdə bildirilir.

Qeyd edək ki, Fərid Şəfiyev sözügedən Mərkəzə rəhbər təyin edilməmişdən əvvəl ölkəmizin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Mediada gedən və cənab Şəfiyev tərəfindən hələ ki, təkzib olunmayan məlumatlara görə, onun adı çəkilən Avropa ölkəsində böyük biznesi şəbəkəsi var. Söhbət təbii ki, son zamanlar Azərbaycanda gündəm mövzu olan dövlət məmurunun büdcə pulları hesabına xaricdə yaratdıqları biznesdən gedir...

Mövzuya qayıdacağıq.

***

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat katibi Məlahət Nəcəfova saytımıza təkzib məktubu yollayıb. Həmin təkzib məktubi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

BMTM-in sədrinin xarici səfərləri şəxsi hesabına həyata keçirilib” – Təkzib

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Ən çox oxunanalar