Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sığorta şirkətləri icbari sığorta ödənişinə dair hesabat verəcək - Dövlət Agentliyinə

Maliyyə Bazarlarına Nəzarət Palatası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığortaçı tərəfindən icbari tibbi sığorta ilə bağlı ödənilən sığorta haqlarına dair hesabat forması və onun təqdim edilməsi Qaydası”nı təsdiq edib

Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulmuş sığortaçı tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları barədə hesabatın forması və onun təqdim edilməsi qaydasını müəyyən edir.

Qanuna əsasən, sığortaçı Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin “Sığorta fəaliyyəti haqqında” qanun ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxsdir.

Qaydaya əsasən sığorta haqqı sığortaçılar tərəfindən aylıq olaraq hesablanmalı və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq icbari tibbi sığorta fonduna ödənilməlidir. Hesabat sığortaçının İdarə Heyətinin sədri və baş mühasibi tərəfindən imzalanmalı və həmin sığortaçının möhürü ilə təsdiqlənməlidir. Sığortaçı hesabatı rüblük əsasda, müvafiq rüb başa çatdıqdan 20 gün müddətində kağız və elektron daşıyıcılarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etməlidir.

Bu Qayda 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar