Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının 22 yeni yaşayış massivi qazlaşdırılacaq – Siyahı

“Azəriqaz” İB tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub

Qurumdan Strateq.az-a verilən məlumata görə, proqram üzrə Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabr ayında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli 431 nömrəli Fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 30 mln. manat vəsait ayrılıb.

28 May qəsəbəsi - Dəmir yolunun alt və üst hissəsində yeni massiv

Binəqədi qəsəbəsi - Duzlu göllə üzümlük plantasiyası arasında yerləşən yeni massiv

Biləcəri qəsəbəsi - Aslanov küçəsindəki və 4 saylı “Ev Tikmə”Kombinatına gedən yolun sol tərəfindəki ərazilərə düşən yeni massiv

Xəzər rayonu –

Binə qəsəbəsi:

- “Atçılıq” adlandırılan ərazidə badam bağlarının ətrafında yeni massiv;
- Keçmiş Hövsan südçülük sovxozunun ərazisində “Lələtəpə” adlandırılan məhəllədə yeni massiv:
“Kanalüstü” adlandırılan ərazidə yeni massiv.

Buzovna qəsəbəsi - Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki, “Albalılıq” və “Təmənis” adlandırılan ərazilərə düşən yeni massiv

Şüvəlan qəsəbəsi:

- Zirə-Pirallahı yolunun sol tərəfində yeni massiv;
- “Şüvəlan gülçülük sovxozu”, “Mayak” və “Şimal DRES” adlandırılan ərazilərə düşən yeni massiv.

Qaradağ rayonu –

Qobustan qəsəbəsi:

- “1-ci massiv”, “1-a massivi” və “2-a massivi” adlandırılan ərazilərə düşən yeni massiv;
- “1-ci təzə yurd” adlandırılan yeni massiv.

Şıxlar qəsəbəsi - “Şıxlar” adlandırılan ərazidə yeni massiv

Heybət qəsəbəsi - “Heybət stansiyası” adlandırılan ərazidə yeni massiv

Sabunçu rayonu –

Kürdəxanı qəsəbəsi - “Yeni məhəllə” və “Ləhiş bağları” adlandırılan ərazilərdə yeni massiv

Ramana qəsəbəsi - D.Bünyadzadə küçəsində gölün yaxınlığındakı və “Şuşa şəhərciyi” adlandırılan ərazilərə düşən yeni massiv

Maştağa qəsəbəsi:

- “Savalan”, “Yeni məhəllə” və “Xanlar” adlandırılan ərazilərə düşən yeni massiv;
- “Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv.

Zabrat qəsəbəsi - “Dağüstü” adlandırılan ərazidə yeni massiv

Nardaran qəsəbəsi - “Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv

Suraxanı rayonu –

Zığ qəsəbəsi - Əmircan-Hövsan yolunun 5-ci kilometrliyinin sağ tərəfindəki və “Dədə Qorqud” adlandırılan əraziyə düşən yeni massiv

Hövsan qəsəbəsi - Hövsan-Türkan yolunun sol tərəfindəki ərazidə yeni massiv

Yeni Suraxanı qəsəbəsi - Dəmir yolunun yaxınlığındakı ərazidə yeni massiv

pia.az


Etiket: Azəriqaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar