Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlıda əkinçi su tapmır...

Yeni başçı Əhmədzadənin adamına söz keçirə bilmir

Saatlı sakinlərinin bir neçəsi XeberAl.az saytına məktub ünvanlayıblar.

Belə ki, sakinlər bildirirlər ki,əkdikləri pambıq və həyətyanı sahələrini suvara bilmirlər. Suyun olmaması onların işini çətinləşdirib.Sakinləri əkin yerlərini suvarmaq üçün sahəyə suyun gəlib çatmadığını deyirlər.Bunun üçün texnikanın (traktor) vacibliyini qeyd edirlər.Əkinlərimizin suvarılması mümkünsüz olub.Su meliorasiya və su təsərrüfatı ASC-nin Saatlı rayon idarəsinin rəisi ilə dəfələrlə danışığımız olsa da, problemimiz həll olunmur.Problemin həll olunacağını deyirlər, ancaq ortada bir iş yoxdur.Məlumata görə su meliorasiya və su təsərrüfatı ASC-nin Saatlı rayon idarəsinin rəisi, Tahir Rzayev idarənin tabeçiliyində olan traktorları öz şəxsi mülkü kimi xüsusi karyerlərdə işlədir.Məlumata görə, sabiq içra başçısının vaxtında həmin kariyer bağlanmışdı.Yeni içra başçısı Nazim İsmayılov gələndən karyer yenidən açıldı.Ortaya sual çıxır ki,rayon İçra başcısı Nazim İsmayılov Su meliorasiya və su təsərrüfatı ASC-nin Saatlı rayon idarəsinin rəisi Tahir Rzayevin öz başnalıqına niyə göz yumur?

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü aparmaq, ondan səmərəli istifadə olunmasına nəzarət etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və sahənin elmi-texniki inkişafını təmin etməkdən ibarətdir.Məhz Tahir Rzayev kimilər öz vəzifəsindən sui istifadə edib əkin sahələrinə su vermək əvəzinə idarənin tabeçiliyində olan texnikanı özəl kariyerlərdə işlədir.

Maraqlıdı görəsən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin Tahir Rzayevin öz başnalığından xəbəri varmı?

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ən çox oxunanalar