Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə böyük geopolitik hesablaşma içindədir - Təhlil

Prof. Yaşar Hacısalihoğlu

“Akşam”, Türkiyə, 09 iyul 2019-cu il

Türkiyə son dərəcə önəmli dönüş nöqtəsindədir. Bu dönüşün müəyyənedici amili onun tutduğu coğrafi mövqeyin geopolitik dəyəridir.

Burada qeyd etmək lazımdır ki, mövcud dövr geopolitikanın yenidən əhəmiyyət qazandığı bir dövrdür. Yəni, çox böyük hesab edilən Yer kürəsinin əslində kiçik olan siyasi atlasının yenidən nizamlanmağa, təşkil edilməyə çalışıldığı bir dövrdəyik.

Geopolitikanın geri dönüşü haqqın, hüququn, ədalətin, mahiyyətcə heç bir zaman olmasa da, sözdə olsa da təxirə düşdüyü bir dövrün tərifidir. Belə bir dövrü yaşamaqdayıq və ölkəmiz bu dövrü ən intensiv, ən təsirli şəkildə yaşayan ölkələrin başında gəlir.

Suriyanın şimalı, Şərqi Aralıq dənizi və Kipr adası üzərindən aparılan böyük bir geopolitik hesablaşmanın içindəyik. Bu, son dərəcə böyük bir hesablaşmadır və bunu kim kiçildirsə, kim gözardı edirsə, o, bu millətin gələcəyini də gözardı edir.

Ya bu hesablaşmada dirənəcəyik, haqlarımızı qoruyaraq, daxili birliyimizi gücləndirərək gələcəyimizə sahib çıxacağıq, ya da kiçik hesablarla hərəkət edənlərin aldadıcı gündəliklərilə gələcəyimizin girov qoyulmasına seyrçi qalacağıq.

Heç düşünməyin ki, Türkiyənin daxili siyasi inkişafı, bəzi aktyorların təsirli olma cəhdləri bu durumla bağlı deyildir. Əsla ola bilməz.

Bilin ki, Prezident Ərdoğan və onunla sıx birləşənlərin hədəf seçilməsi bu böyük geopolitik hesablaşmanın məhsuludur.

Prezident Ərdoğan nə istəyir? Haralarda dirənir və ortaya qərarlılıq qoyur? Uzun siyahıya ehtiyac yoxdur. Bir sözlə, Türkiyənin milli müstəqilliyilə bağlı yorulmadan mübarizə aparır.

Heç kimsə inciməsin, açıqca söyləmək lazımdır ki, hazırda meydana çıxarılanlar bərli-bəzəkli söz və anlayışlarla birlikdə, bu qərarlılığı zədələmənin aləti durumuna düşmüşlər. Ən böyük arzuları Prezident Ərdoğanın öz partiyası ilə əlaqəsini qoparmaq, partiyasından istifadə edərək mövqeyini zəiflətməkdir.

AKP-nin təsis edilməsində iştirak edən bu “soylular”ın hazırda demokratiya həvarisi olmalarının səbəbini böyük geopolitik hesablaşmada axtarın. Axtarın, çünki yanılmadğınızı görəcəksiniz. Bu “soylular”ın dərdi Türkiyənin qlobal mühasirə qarşısında boyun əyməsini istəyənlərə müqavimət göstərmək deyil. Əksinə, bu dairələrə şirin görünərək duruma uyğunlaşmaq və həmişə olduğu kimi, demokratiya və azadlıq kimi anlayışlarla maskalanaraq Türkiyənin müstəqilliyi ilə bağlı göstərdiyi inadı, müqaviməti zəiflətməkdir. Bu durum o qədər aydındır ki, onu görməmək üçün xüsusi cəhd etmək lazımdır.

AKP-dən istefa verərək yeni partiya qurmağa girişənlərin motivasiyası maraqlıdır. Görəsən, Türkiyənin böyük geopolitik hesablaşma ilə bağlı apardığı mübarizəyə dair bir kəlmə belə deməzlərmi?

İqtisadiyyatda xilaskar rolu oynamağa çalışanlar bu gün müdafiə sənayesində əldə edilən uğurlara, yerli və milli istehsalın səviyyəsinə öz dövrlərində nə üçün nail ola bilməmişlər?

Hər şeyi öz adı ilə çağırmaq və hər şeyi öz həqiqi mənası ilə ortaya qoymaq lazımdır. Bu “soylular” üçün (ancaq inciməsinlər) arxalanmaq istədikləri qlobal maliyyə dairələrinin arzuları əsasdır.

Hesab edirsiniz ki, bu “soylular” ölkədə əlavə dəyəri yüksək olan məhsulların istehsalını artırma, milli istiqlalı gücləndirmə həyəcanı ilə yaşayırlar? Əksinə, təəssüf ki, onlar bu həyəcanı daşıyanların gücünü zəiflətməkdə vasitəçi rolundadırlar.

Tarix bütün bu həqiqətləri öz səhifələrinə yazacaqdır. Ancaq biz bu gün bu həqiqətlərin tələbilə oyanıq olmalıyıq, canlı, diri olmalıyıq. Nəyin haradan qaynaqlandığını çox yaxşı qavramalıyıq. Kimin nə söylədiyinə deyil, nə etdiyinə diqqət edərək gələcəyimizə sahib çıxmalıyıq.

Bizim yeganə mübarizəmiz istiqlal mübarizəsidir. Bu mübarizədə iştirak etməyənlərin nə bu günə, nə də sabaha dair sözləri inandırıcı olar.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar