Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya Çindən daha bir blok qatarı gəldi

İyulun 6-da Abşeron Logistika Mərkəzində Sian-Bakı blok qatarını qarşılama mərasimi keçirilib

PİA.az AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Sian şəhərinin Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.

Nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Bu ilin aprelində ölkə başçısı 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edib, forum çərçivəsində Azərbaycan və Çin şirkətləri 800 milyon dollarlıq 10 müqavilə imzalayıblar.

“Bu gün blok qatarının Siandan Bakıya gəlməsi əlamətdar hadisədir. Azərbaycan Çinin regionları ilə əlaqələrin genişlənməsinə böyük önəm verir. 2015-ci ildə Prezident İlham Əliyev ilk dəfə məhz Sian şəhərinə səfər edib. Sian şəhəri həm də qədim “İpək Yolu”nun başlanğıcı hesab olunur. İki ölkə arasında əlaqələr təkcə nəqliyyat və logistika sahəsində deyil, digər sahələrdə də uğurla inkişaf edir”, - deyə İqtisadiyyat naziri bildirib.

Qeyd edib ki, ilin sonunadək Azərbaycanın Çindəki növbəti ticarət evi Şansi vilayətinin mərkəzi Sian şəhərində açılacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar