Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya və Türkiyəyə ixrac edilib

2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon ABŞ dolları təşkil edib

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin iyun sayında deyilir.

İcmalın təqdim olunan bu sayında göstərilir ki, 2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 89,9 milyon, pambıq lifi ixracı 68,8 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 37 milyon, kimya sənayesi məhsullarının ixracı 30,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 25 milyon, pambıq ipliyi ixracı 12,3 milyon , alkoqollu və alkoqolsuz içkilərin ixracı 11,8 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında pambıq lifinin ixracı 2,7 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 93 faiz, pambıq ipliyinin ixracı 62 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, meyvə-tərəvəzin ixracı 27 faiz, kimya sənayesi məhsullarının ixracı 27 faiz artıb.

2019-cu ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 204 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin may ayı ilə müqayisədə 2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon ABŞ dolları və ya 12 faiz artıb. Bu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 milyon ABŞ dolları), Türkiyəyə (33 milyon ABŞ dolları), Gürcüstana (14,6 milyon ABŞ dolları), İsveçrəyə (8,2 milyon ABŞ dolları) və İtaliyaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (54,6 milyon ABŞ dolları) birinci, kartof (20,2 milyon ABŞ dolları) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (12,9 milyon ABŞ dolları) üçüncü olub.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar