Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN rəhbərlərinin Vaşinqton görüşü barədə birgə bəyanat

ATƏT-in Minsk qrupunun həmsədrləri görüşlə bağlı birgə bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) iyunun 20-də Vaşinqtonda AzərbaycanErmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ilə keçirdikləri görüşlə bağlı birgə bəyanat yayıblar.

“Report” xəbər verir ki, bəyanatda həmsədrlərin nazirlərlə əvvəlcə ayrılıqda, sonra isə birgə görüşdükləri bildirilir.

Qeyd olunur ki, onlar ABŞ dövlət katibinin Avropanın və Avrasiya məsələləri üzrə köməkçi səlahiyyətlərinin icraçısı Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların statusu və bölgədəki hazırki vəziyyət barədə məlumatlandırıblar. Bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də bu görüşlərdə iştirak edib.

“Müzakirələr zamanı tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar. XİN rəhbərləri vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər”, – deyə bəyanatda bildirilir.

Vasitəçilər bəyanatlarında cəbhə zonasında baş verən insan itkisi ilə bağlı təəssüfləndiklərini bildirərək, tərəfləri təkidlə əsaslı danışıqlar üçün sülhə uyğun əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə çağırıblar.

Son vaxtlar cəbhədə insan itkisi ilə nəticələnən insidentlərdən təəssüfləndiklərini bildirən həmsədrlər, tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək, həmçinin atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə bağlılıqlarını təsdiq etmək və təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadə və mühəndis qurğularının quraşdırılması kimi əməllərdən çəkinməyə çağırıblar.

XİN rəhbərləri həmçinin yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar