Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin canlı yayımda 81 sualı cavablandırıb

Canlı yayım 4 saat 8 dəqiqə davam edib

Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə növbəti canlı yayım 4 saat 8 dəqiqə davam edib.

17-ci dəfə keçirilən canlı yayıma vətəndaşlardan təxminən 2 milyon sual daxil olub. Prezident ölkə vətəndaşlarının həyat səviyyəsi, səhiyyə, iqtisadiyyat, korrupsiya ilə mübarizə, müasir texnologiyaların inkişafı, biznesə dəstək və digər sahələrə dair 81 sualını cavablandırıb.

Rusiya lideri beynəlxalq məsələlərə, o cümlədən ABŞ-la münasibətlərə, Suriya münaqişəsinin həllinə və digər mövzulara da toxunub. V.Putin Suriya probleminin həllində tərəfdaş ölkələrin, o cümlədən Türkiyə və İranın, habelə Avropa dövlətlərinin dəstəyinə ümid bəslədiyini söyləyib. ABŞ-ın İrana qarşı güc tətbiq edə biləcəyi barədə suala cavabında Rusiya dövlətinin başçısı bildirib ki, bu, region üçün böyük fəlakətə çevrilə, çoxlu sayda insanın qaçqın düşməsinə səbəb ola bilər. Münaqişənin hərbi yolla həllinin nəticələrini hesablamaq belə çətindir. V.Putin qeyd edib ki, İran şiə ölkəsidir: “İslam dünyasında bilirlər ki, bu insanlar öz mənafelərini, ölkələrini müdafiə etmək üçün hər şeyə hazırdırlar”. Rusiya Prezidenti vəziyyətin bu dərəcəyə gəlib çıxmasını arzuolunmaz hesab edib.

Vladimir Putin internetin suverenliyi və yalan məlumatların yayılması problemindən danışarkən bildirib ki, bu məsələ getdikcə daha kəskin şəkil alır. O, bilərəkdən yalan informasiya yayılmasına görə cəzaların sərtləşdirilməsinə hələlik ehtiyac duyulmadığını vurğulayıb.(virtualaz.org)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Ən çox oxunanalar