Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkilliyə namizədlər and içiblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumunun imzalanması və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Tədbiri açan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, Aytən Mustafazadə insan hüquqlarının müdafiəsinin əhəmiyyəti, bu istiqamətdə aparılan islahatlar, aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilməsinin zəruriliyi, Vəkillər Kollegiyası tərəfindən bu sahədə keçirilən tədbirlər haqqında danışıb.

O bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə bütün sahələri, o cümlədən əhatə edən islahatlar həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sistemində islahatlar aparılmasını zəruri edir. Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu sahədə aparılan islahatların keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu Fərman məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsinə imkan verəcək kompleks addımlar atılması üçün ciddi normativ əsas verəcək.

Aytən Mustafazadə qeyd edib ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Vəkillər Kollegiyası arasında bağlanacaq anlaşma memorandumuna əsasən gələcək əməkdaşlığın əsası qoyulacaq, ödənişsiz hüquqi yardım, o cümlədən vəkillərin davamlı tədrisi ilə bağlı birgə tədbirlər həyata keçiriləcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında diqqətə çatdırıb ki, iyunun 18-i Azərbaycanda Milli İnsan Hüquqları Günüdür. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. Vəkilliyə namizədlərin andiçmə, Vəkillər Kollegiyası ilə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumunun imzalanması mərasimlərinin bu günə təsadüf etməsi çox əlamətdar hadisədir.

Sədr Vəkillər Kollegiyasının fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, son dövrlərdə vəkilliyin inkişafı və nüfuzunun artırılması, maddi-texniki təminatının, o cümlədən vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilib. Buna baxmayaraq, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar