Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyanın xarici işlər naziri Tehrana gedir

Qərbi Avropa ABŞ-İran qarşıdurmasından narahatdır

Tehranla Vaşinqton arasında ciddi qarşıdurma yaranıb. Prezident Donald Tramp altı böyük dövlətlə 2015-ci ildə İran arasında nüvə fəaliyyətini məhdudlaşdırılması ilə bağlı müqavilədən 2018-ci ildə birtərəfli qaydada imtina etdi.

Vaşinqtondan İrana tətbiq edilən sanksiyaların sayı və sanbalı sürətlə artmağa başladı. Ortada olan gərginlik düşmənçilik müstəvisinə keçdi.

Almaniya, Fransa və İngiltərə Tramp administrasiyasının İranın ballistik raket proqramı və rəsmi Tehranın Yaxın Şərq ətrafındakı münaqişələrdəki rolu ilə əlaqədar narahatlığını paylaşsa da, Amerikanın nüvə razılaşmasından çıxmasından narazıdır.

Diplomatik mənbə “Reuters”ə bildirib ki, Almaniyanın xarici işlər naziri bazar ertəsi günü İran prezident Ruhani ilə görüşəcək.

Almaniya xarici işlər naziri Heiko Maas deyib ki, biz avropalılar Vyanada əldə olunmuş nüvə razılaşmasının qüvvədə qalmasını istəyirik. Mübahisələri isə dialoq yolu ilə aradan qaldırmaq olar.

Agentlik xatırladır ki, rəsmi Vaşinqton İrana qarşı əzəli gücünü nümayiş etdirmək üçün Yaxın Şərqə daha çox hərbi qüvvə göndərdi.

Ötən ay İran 2015-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü bəzi öhdəliklərdən imtina etdi. Xəbərdarlıq etdi ki, 60 gün ərzində Avropa ölkələri ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara görə öz ticarət maraqlarını müdafiə etməsə rəsmi Tehran nüvə proqramı ilə bağlı fəaliyyətini bərpa edəcək.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü “Fars” xəbər agentliyinə bildirib ki, cənab Maasın Tehrana səfəri göstərir ki, Almaniya nüvə razılaşmasını canlı saxlamağa çalışır.

İranın xarici işlər naziri almaniyalı həmkarının Tehranla Vaşinqton arasındakı vasitəçi olacağına və rəsmi Tehrana ABŞ-ın xüsusi mesajını çatdıracağını düşünmür.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar