Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi yol ayrıcında - Bu ittifaqın gələcəyinə ümid varmı?

Bu seçkilər dünya sisteminin yenidən yaradıldığı, yeni qruplaşmaların meydana gəldiyi və bu qrupların daha da dəqiqləşdiyi bir dönəmdə keçirilib

Ali Rıza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 27 may 2019-cu il

Avropa Parlamenti (AP) seçkiləri Avropa Birliyinin (AB) İngiltərə də daxil olmaqla, 28 ölkəsində keçirilib.

Son 2 həftədir ki, AP seçkilərinin ehtimal olunan nəticələri haqqında danışırdıq. Dəqiq nəticələr çıxdıqdan sonra məsələni daha konkret şəkildə qiymətləndirəcəyik.

Qloballaşmanın neo-liberal siyasətlərinin sürətlə iflas etdiyi və buna qarşılıq olaraq milli üstünlüyü müdafiə edən milliyətçi partiyaların yüksəlişə keçdiyi bir dönəmdə AP seçkiləri keçirilib.

İqtisadi böhranın - AB üzvü olan ölkələrdən başqa-, əsas olaraq Qərbin Atlantik bucağının, yəni imperialist və kapitalist sisteminin böhranına çevrildiyi şərtlər altında seçkilər keçirilib. Bu, eyni zamanda, dünya sisteminin yenidən yaradıldığı, yeni qruplaşmaların meydana gəldiyi və bu qrupların daha da dəqiqləşdiyi bir dönəmdir.

Bir tərəfdə məğlub olan, get-gedə zəifləyən, dolayısı ilə daha da təcavüzkar hala gələn ABŞ, digər tərəfdə isə başında Çin və Rusiya gələn Asiya var. Başqa bir səmtdə isə bu iki qrupun arasında ilişən, səndələyən və yeni dünyada özünə bir yer tapa bilən Avropa var. Qarşıdakı dönəmdə AB-nin öz mövqeyini tutması baxımından bu seçkinin nəticələri önəm daşıyır.

Birlik olmayan Avropa

Bu gün qarşımızda tək bədən, tək ürək və homogen bir AB yoxdur və bu günə qədər də heç olmayıb. Bunu İraq müharibəsində AB-nin ABŞ tərəfdarı olanlar və olmayanlar olaraq iki yerə bölünməsində, Yuqoslaviya parçalananda, Əfqanıstanda və Qafqazda, Liviya və Suriya hücumunda, hətta Ermənistan məsələlərində yaşayaraq görmüşük. Bütün bunların üstünə bir də iqtisadi krizis də gəldikdə artıq hər kəs AB-nin bir yol ayrıcında olduğunu düşünməyə başlayıb.

AB siyasi birlik, ortaq iqtisadi birlik, ortaq xarici siyasət və ən çox dilə gətirilən ortaq müdafiə siyasəti (Avropa Ordusu) ətrafında dövr edir. İnkişaf edən dünyaya, yəni Rusiya və Çinə qarşı konkret və ortaq bir mövqe nümayiş etdirə bilməyən Avropanın ABŞ-ın cəzaları qarşısında dizləri əsir. Halbuki, Avropanın içində olduğu siyasi və iqtisadi krizisdən xilas olmasının tək yolu Atlantik qrupundan ayrılmaq, daha azad bir siyasət izləmək və dünyanın cazibə mərkəzi olan Asiyaya doğru yönəlməkdir. Çətin də olsa inkişafın yolu bu istiqamətdədir. Avropa üçün bu, artıq mütləqdir.

Boğulan sistem

Neo-liberal siyasətlərin çökdüyü ölkələrdə siyasi, sosial və iqtisadi, hətta sinfi tarazlıq alt-üst olub. 2008-də ortaya çıxan iqtisadi krizis kapitalizmin beşiyi olan Avropaya dərindən təsir edib, iflasa və çökməyə gətirib çıxarıb.

Orta sinif çöküb. Borc yükündən çıxa bilməmək, sənaye istehsalının sürətlə geriləməsi, işsizliyin gedərək böyüməsi və xalqın istehlak gücünün zəifləməsi bütün sistemi boğur.

Sarı Jiletlilər Xalq Hərəkatı 6 ay ərzində Fransanı ayağa qaldırarkən, digər Avropa ölkələrini də qorxuya salıb. Sistemin sağ və sol ayağı qırılıb və artıq iki ildir ki, Makronun düzəltdiyi protez ayaqla dayanmağa çalışır.

Sarı Jiletlilər bir ümid olmuşdu, lakin inqilabçı bir liderliyi və təşkilatlanması olmadığı üçün sistem daxilində bir alternativ yarada bilməyib. Amma bu hərəkat istənilən halda, problemi və "çılpaq kral"ı ortaya çıxardı. Sistem isə xalqın yarasını sağaltmaq və həll yolu tapmaq əvəzinə, ədalətsiz şəkildə şiddət göstərmiş və etirazçılara hücum etmişdi.

Ümid varmı?

Xalq sistem partiyaları əleyhinə olan reaksiyalarını milliyətçi partiyalara verib. Bu sağçı və solçu partiyalar - istər Marin Le Penin Milli Birlik Partiyası, istərsə də Jan Luk Melanşonun Təslim Olmayan Fransa Hərəkatı - gəlinən vəziyyətdə sistem içində özlərinə yer axtaran və çökən sistem partiyalarının yerini doldurmağa çalışan bir istiqamətdə getməyə çalışırlar. Radikal ifadələri artıq daha mərkəzçi ifadələr əvəz edib.

Bəs bir ümid varmı? Avropanın daxili dinamikasında heç ümid görünmür. Amma Şərqdən gələn xalqçı, inqilabçı, bölüşdürücü və sülhsevər küləyin təsiri Paris, Berlin, Roma və Madrid küçələrində, fabriklərdə hiss ediləcək. 20-ci əsrin əvvəllərində olduğu kimi inqilabçı küləklər yenə şərqdən qərbə doğru əsəcək.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar