Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtın mərkəzindəki hotellər 100 faiz bron edilib - Avroliqanın oyunu ilə bağlı

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə bağlı paytaxtın mərkəzindəki hotellər 95-100 faiz bron edilib

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycana oyunları izləmək üçün səyahət edəcək turistlərin əksəriyyəti yüksək xidmət təklif edən hotellərə üstünlük verirlər:

“Oyunlarla bağlı paytaxtın mərkəzindəki 5 ulduzlu hotellərdə yuxarı seqmentə aid yerlər demək olar ki, 100 faiz tutulub. Kiçik və orta mehmanxanalarda bu rəqəm 85-90 faizə yaxınlaşır”.

S.Dübəndi bildirib ki, hotellərdə qiymət artımı da var və bu, gözləniləndir:

“Hazırda 5 ulduzlu hotellərdə 3000-5000 manata bron edilən otaqlar var. Bu cür tədbirləri keçirən digər ölkələrdə də belə tendensiya müşahidə olunur. Xidmət qiymətlərində də artım olacaq. Bu, normaldır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın turizm sektoru hələ dünyaya özünü tanıtmaq yolundadır. Bu mənada qiymətlərdə həddindən çox şişirtməyə yol verilməməlidir”.

Assosiasiya sədri vurğulayıb ki, final oyunu üçün Azərbaycana gələn turistlərə ənənəvi sahələrdən fərqli xidmətlər də təklif etmək olar:

“Bu mənada xüsusilə şərab turizmini qeyd etmək lazımdır. Bunun üçün Azərbaycanın böyük imkanları var. Müşahidələrimə əsasən deyə bilərəm ki, pivə ənənəsi olan ölkələrdən gələn turistlər bizim yerli pivələri bəyənirlər”.

S.Dübəndinin fikrincə, indi əsas məqsəd Avroliqanın oyunu ilə bağlı paytaxta gələn çoxsaylı turistlərin ölkəyə yenidən səyahətinə nail olmaqdır:

“Oyunlar zamanı gələn turistlərə alternativ turizm marşrutları ilə ölkəmizi tanıtmalıyıq. Ənənəvi Bakı ekskursiya marşrutlarını genişləndirmək lazımdır. Paytaxtdan kənara çıxmaq, onlara regionları gəzdirmək yaxşı olar. Qısa müddət ərzində Bakıda 45-50 min turist olacaq. Onların 10 faizini regionlara çıxara bilsək, həmin insanlar bir daha bizim ölkəyə gələr. Azərbaycanın turizm brendinin şüarı da elə bundan ibarətdir: “Bir daha bax”. Ölkəmizi yüksək səviyyədə təqdim etməli, xidmətləri elə qurmalıyıq ki, gələn qonaqlar Azərbaycana bir daha qayıtsın”. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar