Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsgəndər Həmidov həbs oluna bilər

Tərəfdarları ondan pul və icazəsiz aksiyaya getmək göstərişi aldıqlarını etiraf ediblər

Mayın 19-da müalicə adıyla Azərbaycanı tərk edən sabiq Daxili İşlər naziri İsgəndər Həmidovu, ölkəyə dönəcəyi təqdirdə, həbs olunmaq təhlükəsi gözləyir.

Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumatlara görə, sabiq nazirin Azərbaycan Xalq Hərəkatının üzvlərinə mayın 25-də icazəsiz aksiyaya getmək göstərişi və pul verdiyi haqda daxil olmuş informasiyanın yoxlanması ilə bağlı keçirilən zəruri əməliyyat tədbirləri zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onlarla şəxs saxlanılıb.

İlkin dindirmə zamanı müəyyən edilib ki, İsgəndər Həmidov, ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsində ictimai diqqətin paytaxt Bakıya fokuslandığını nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə gösəriş və pul verib.

Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İgəndər Həmidovdan aldıqlarını artıq etiraf ediblər.

İlkin versiyaya görə, sabiq nazirin müayinə və müalicə adıyla ölkədən çıxışı da planlı olub və bu, qanunsuz aksiyalara cəhd ediləcəyi zaman əsas təşkilatçı kimi məsuliyyətdən yayınmağa hesablanıb.

Gözlənilir ki, İsgəndər Həmidov ölkəyə dönəcəyi təqdirdə, bu faktlara görə, həbs olunaraq, məsuliyyətə cəlb edilsin.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Ən çox oxunanalar