Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bədii gimnastika üzrə Avropa çempionatı gözəllik bayramıdır"

Bunu məşhur pianoçu, bəstəkar və Xalq artisti Fərhad Bədəlbəyli deyib

Bakıda Milli Gimnastika Arenasında 35-ci bədii gimnastika üzrə Avropa çempionatının açılışı həm xoreoqrafiya, həm də təşkil olunma baxımından çox effektli olub.

F.Bədəlbəyli qeyd edib: "Sevindirici haldır ki, bizdə Bakıda bu cür möhtəşəm arena var və burada belə gözəllik, gənclik və idman bayramı keçirilir. Bədii gimnastika üzrə Avropa çempionatının həm xoreoqraiya baxımından, həm də təşkili baxımından möhtəşəm açılışına heyran oldum. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün tədbirlər, Avropa Oyunları olsun, İslam Həmrəyliyi Oyunları və ya Avropa Çempionatı olsun, ən yüksək səviyyədə keçirilir".

Xalq artisti Azərbaycanda belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, vurğulayıb ki, burada uşaqlar idman, sənət və musiqiyə daha yaxın ola bilirlər:

"Gimnastika təkcə idman deyil, həm də bir sənətdir. Hər kəsi bu gözəl arenanı tez-tez ziyarət etməyə çağırıram".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.(Trend.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - Video

Ən çox oxunanalar