Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliqismət Lalayev MDB-nin XIV Humanitar forumunda iştirak edir

May ayının 14-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” mövzusunda XIV forumu işə başlayıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də dünən Türkmənistan Respublikasına yola düşən Azərbaycan ziyalılarından ibarət 11 nəfərlik nümayəndə heyətinin tərkibinə daxildir.

Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Moldova və Ermənistandan 200-dək nümayəndənin iştirak etdiyi Forum çərçivəsində keçiriləcək plenar və bölmə iclaslarında elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq məsələləri, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması barədə fikir mübadiləsi aparacaqlar.

Forum öz işini mayın 17-də MDB-də keçirilən Kitab İli ilə əlaqədar yeni nəşrlər və kitab mübadiləsi, “Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü problemlərinin müzakirəsi, həmçinin, MDB-nin əsas dövlətlərarası mükafatı – “Birlik ulduzları”nın təqdimat mərasimi ilə başa vuracaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Ən çox oxunanalar