Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin niyə Ankaradan uzaq durur? - Ankaranın “Bir kəmər, bir yol”dan uzaq qalmasının səbəbləri...

Ankaranın bölgədə yürütdüyü siyasət Pekinin Yaxın və Orta Şərqdəki iqtisadi maraqlarını təhdid edir?..

Kayahan Uyğur
“OdaTv” qəzeti, Türkiyə, 7 may 2019-cu il


Türkiyədə Çinlə olan münasibətlərin inkişaf etdirilməsini hər zaman istənilir, lakin Çinin bu məsələdəki fikri heç müzakirə olunmur. Sanki, Türkiyə Çinlə çox sıx münasibətlər qurmaq istəsə, Çin o dəqiqə qəbul edəcək. Halbuki, Çinin xarici siyasəti dəqiqliklə analiz edildikdə Türkiyənin son illərdəki ziddiyyətli mövqeyi ilə böyük fərqlər ortaya çıxır. Bu da Çinin uzaqlaşmasının səbəbidir.

Türkiyə 2017-ci ildə prezident səviyyəsində iştirak etdiyi Pekindəki “Bir kəmər, bir yol” toplantısına bu il sadəcə nazir səviyyəsində dəvət edildikdə bir çox insan bunu uyğur problemi ilə əlaqələndirdi. Amma aradakı soyuqluğun əsas səbəbi Türkiyənin Orta Şərq siyasəti olduğu düşünülür.

Çinin Orta Şərq yanaşması nədir?

Çin 1978-dəki “açılış və islahata” proqramından etibarən “qorumaq və maksimum iqtisadi qazanc əldə etmək” qaydasını izləyir. Çin Kommunist Partiyasının son dönəmdəki siyasətini müəyyən edən Mərkəzi Komitənin 2013-ün noyabrındakı toplantısında isə Orta Şərq “qonşu bölgə” olaraq qəbul edilib. Çinin Ərəb Birliyi və İranın ən böyük ticarət ortağı olması və İsraillə olan kilid münasibətləri toplantıda xüsusi vurğulanıb.

Çin neft tədarükü baxımından Orta Şərqə çox önəm verir. Çünki öz torpaqlarında bir risk yaşamadığı və enerji qaynaqlarından yararlanmağa davam etdiyi təqdirdə, Çin onsuz da sabit şəkildə güclənməyə davam edir. Bu baxımdan sülh içində keçən hər il Çin üçün bir qazancdır. Neft ixracında problem yardacaq hər cür Orta Şərq macərası isə Çində olduqca pis qarşılanır.

Xəyallarla gerçəklər çox zaman uyğun gəlmir

Türkiyənin isə xüsusilə son illərdə inkişaf etdirdiyi sünni islamçı və işğala yönəlik siyasət sülh və sabitlik məsələsində həssas olan Çini narahat edir. “Uyğur həssaslığı” mövzusu Pekin tərəfindən Ərdoğanın son illərdəki fikirlərinin bir parçası kimi qəbul olunur.

“Başqa ölkələrin daxili işlərinə qarışmamaq” Çinin çox önəm verdiyi və “fəxrlə” təkrarladığı bir prinsipdir. ABŞSSRİ-yə qarşı Üçüncü Dünyanın ortaya çıxdığı 1955-ci ildə Asiya-Afrika konfransında elan edilən “rejimin sülh içində yaşaması və müdaxilələrə qarşı olmaq” qaydalarını Çin bu gün də müdafiə edir.

Çu En-Lay, Nehru, Sukarno və Nasir kimi şəxslərin iştirak etdiyi 1955-ci il zirvəsində hər cür imperializm kimi müstəmləkəçilik də qınanmışdı. Xarici siyasətinin bu yönünü anladıqdan sonra Çinin Suriyada baş verənləri və ortaya atılanları necə dəyərləndirdiyini başa düşmək çətin olmaz...

Əsədi bir terror rejimi elan edib, xarici müdaxilə ilə devirməyə çalışılması Suriyanın hərbi dəstəkçisi olan İranla münasibətlərin yaxşılaşdırmaq və bu məsələdə önünü açıq görmək istəyən Çin hökumətini dəhşətə gətirib. Əgər Türkiyə Çinin iqtisadi qazancları baxımından iqtidar mütəxəssislərinin hesab etdiyi kimi bölgədə çox önəmli rol oynasaydı, vəziyyət, bəlkə də dəyişə bilərdi. Amma xəyallarla gerçəklər, təəssüf ki, hər zaman uyğun gəlmir.

“Total”seçimin bir parçası

“Bir kəmər, bir yol” layihəsində Çinin ən az önəm verdiyi, hətta kənarlaşdırdığı ölkə Türkiyədir. Qırmızı dəniz və Rusiya və Ukrayna ərazilərindən keçən yollardan başqa, Çinin üçüncü İpək Yolu İordaniya üzərindən İsrailin Hayfa və Aşdod limanlarına uzanır. Netanyahunun Çinlə münasibətlərinin, xüsusilə, yüksək texnologiya və müdafiə sənayesində dərin iş birliyi, əlbəttə ki, tək səsli mətbuatın maraq dairəsində deyil.

Çinlə Rusiyanın eyni xətt üzərində olduğunu düşünənlər iki ölkə arasında Monqolustan ərazisindəki torpaq davalarından xəbərsizdirlər. Çin elitası ilə Rusiya arasındakı çəkişmə rus kommunistlərinin 1920-ci illərdə Çində Mao və dostlarını sağçı Homindanla ittifaqa məcbur etmələrinə qədər gedib çıxır.

Çin Putinin Orta Şərqdəki manevrlərindən, xüsusilə, Türkiyənin geosiyasi mövqeyini sarsıdacaq addımlardan narahat olduğu da deyilir. Türkiyənin ziddiyyətli davranışlarından narahat olan Çin Səudiyyə-Körfəz-Misir xəttini seçib.

Bu proses Çin-Ərəb Forumunda 2018-in iyul ayında razılaşdırılan “strateji ortaqlıq” qərarı ilə uyğunlaşdırılıb və ərəblərlə ortaq bir maliyyə bankı da qurulub.

Çinlə yaşanan soyuqluğun Ankaranın son dönəmdə dünyada yaşadığı “Total” seçimin bir parçası olduğu da məlumdur.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar